Hindistanda ekstremal istilər: Quşlar göydən yerə düşür
Hindistanın Banda şəhərində hava temperaturunun 48 dərəcəni keçməsi təbiətə ciddi ziyan vurub. Həddindən artıq istilər və susuzluq səbəbindən bölgədə kütləvi quş tələfatı müşahidə olunur.

Mütəxəssislərin fikrincə, quşlar yüksək temperaturun yaratdığı susuzluqdan (dehidrasiya) əziyyət çəkərək uçuş zamanı yerə yıxılırlar. Yerli hakimiyyət orqanları vəhşi təbiəti xilas etmək üçün təcili tədbirlər görməyə başlayıb.
Ekstremal istilərlə mübarizə məqsədilə şəhərin müxtəlif yerlərində 15 mindən çox su qabı yerləşdirilib. Bu təşəbbüsün quşların susuzluqdan ölməsinin qarşısını alacağı nəzərdə tutulur.
Rekord həddə çatan temperatur səbəbindən şəhərdə iş qrafiki də yenidən tənzimlənib. İnsanların sağlamlığını qorumaq üçün iş saatları günün ən isti vaxtlarından çıxarılaraq səhərin erkən saatlarına keçirilib.
Ekspertlər qlobal istiləşmənin fəsadlarının hər ötən gün daha aydın hiss olunduğunu və bu cür təbii hadisələrin ekosistem üçün ciddi təhlükə mənbəyi olduğunu vurğulayırlar.


Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz