Hizbullah İsrailin Livan əməliyyatını ifşa etdi: Elit qüvvələr pusquya düşdü
Hizbullah İsrailin Livandakı hərbi fəaliyyətini - Gecə yarısından sonra İsrailin xüsusi təyinatlı qüvvələrinin Livanın cənubuna gizli şəkildə daxil olma cəhdi Hizbullah döyüşçüləri tərəfindən aşkar edilib. Hizbullah mövqelərini hədəf alan bu əməliyyat gözlənilməz müqavimətlə üzləşib.

Əldə edilən məlumatlara görə, İsrailin elit komando dəstələri Livan torpaqlarına səssizcə sızmağa cəhd ediblər. Lakin onların fəaliyyəti Hizbullahın keşikçiləri tərəfindən vaxtında müəyyən edilib və bununla da onların əməliyyat planları alt-üst olub.
Hizbullah qüvvələri İsrail əsgərlərini güclü artilleriya atəşinə məruz qoyublar. Pusquya düşən İsrail hərbçiləri şiddətli atəş altında çaşqınlıq yaşayıb, vəziyyəti dərk etməkdə çətinlik çəkiblər.
Gizli əməliyyatı icra etməyə cəhd edən İsrail əsgərləri böyük itkilərin qarşısını almaq məqsədilə geri çəkilmək məcburiyyətində qalıblar. Bu insident bölgədəki gərginliyi yenidən yüksəldib.
Hizbullahın bu hərəkəti İsrailin bölgədəki hərbi fəaliyyətlərinə qarşı ciddi bir xəbərdarlıq olaraq dəyərləndirilir. Tərəflər arasındakı gərgin vəziyyət fonunda bu kimi gizli daxil olma cəhdləri münaqişənin daha da kəskinləşməsinə yol aça bilər.


Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz