Yaxın Şərq 25.08.2025

Hizbullah liderindən silahsızlanma rəddi və İsrailə atəşkəs tələbi

Hizbullah liderindən silahsızlanma rəddi və İsrailə atəşkəs tələbi

Naim Qassem qrupun “düşməndən qoruyan” silahlarından imtina etməyəcəyini, İsrail hücumlarına son qoyulmasında təkid etdiyini bildirib.

Hizbullahın baş katibi Naim Qassem qrupa qarşı artan silahsızlanma təzyiqlərini rədd edib, Livanın suverenliyinin yalnız İsrailin “təcavüzünə” son qoyulması ilə təmin edilə biləcəyini vurğulayıb.

Qassem bazar ertəsi Beyrutdan verdiyi açıqlamada Livan hökumətinin milli müdafiə strategiyası ilə bağlı danışıqlara başlamazdan əvvəl İsrailin 2024-cü ilin noyabrında əldə olunmuş atəşkəs razılaşmasına əməl etməsini təmin etməli olduğunu bildirib.

Hizbullah rəhbəri deyib: “Müqavimət İsrailin məqsədlərinə çatmasına mane olan güclü sədd olaraq qalacaq və İsrail Livanda qala, yaxud Livan vasitəsilə öz ekspansionist layihəsini həyata keçirə bilməyəcək”.

O, Livan hökumətinin və xarici tərəflərin Hizbullahın arsenalını milli müdafiə strategiyasına inteqrasiya etmək təkliflərini rədd edərək, İsrailin əvvəlcə Livan ərazisindən çəkilməsi, məhbusları azad etməsi və hücumları dayandırmasında təkid edib.

Qassem qeyd edib: “Əgər həqiqətən suverenlik istəyirsinizsə, o zaman təcavüzü dayandırın. Bizə şərəf gətirən silahlarımızdan, bizi düşməndən qoruyan silahlarımızdan imtina etməyəcəyik”.

O əlavə edib: “Əgər bu hökumət indiki formada davam edərsə, Livanın suverenliyini qorumağa etibar edilə bilməz”.

Keçən ay Livan Nazirlər Şurası ilin sonunadək Hizbullahı silahsızlandırma

Bu qərar ABŞ-ın təşəbbüsü ilə uyğun olaraq qəbul edilib. Təşəbbüsə görə, Hizbullahın silahları yığışdırılarsa, İsrailin Livanın cənubundakı bəzi hissələrini işğal etməsinə və ölkəyə gündəlik hücumlarına son qoyacağı barədə qeyri-müəyyən vədlər verilir.

Hizbullah bu qərarı “mövcud deyilmiş kimi” qəbul edəcəyini bildirib.

Qassemın şərhləri İsrailin, əgər Beyrutun silahlı qüvvələri Hizbullahın silahlarını ələ keçirmək üçün hərəkətə keçsə, Livanın cənubundakı hərbi mövcudluğunu azaltmağı nəzərdən keçirəcəyini bəyan etdiyi vaxta təsadüf edib. Baş nazir Binyamin Netanyahu ofisi bazar ertəsi İsrailin Livan Nazirlər Kabinetinin ilin sonunadək silahsızlanma planı hazırlamağı orduya həvalə edən qərarını dəstəkləməyə hazır olduğunu açıqlayıb.

İsrail baş nazirinin ofisi qeyd edib: “Əgər Livan Silahlı Qüvvələri Hizbullahın silahsızlanmasını həyata keçirmək üçün lazımi addımları atarsa, İsrail hərbi qüvvələri tərəfindən mərhələli azalma da daxil olmaqla, qarşılıqlı tədbirlər görəcək”.

İsrailin bu açıqlaması Netanyahu ABŞ-ın xüsusi elçisi Tom Barrack ilə görüşdükdən bir gün sonra verilib. Barrack Hizbullahın silahsızlanması və İsrail qüvvələrinin Livandan çıxarılmasını nəzərdə tutan planda fəal iştirak edib.

Addım-addım yanaşma

Barrack İsraili Hizbullah ilə atəşkəs çərçivəsində götürdüyü öhdəliklərə əməl etməyə çağırıb.

Barrack keçən həftə Beyrutda Livan rəsmiləri ilə görüşləri zamanı deyib: “Həmişə addım-addım yanaşma var, lakin düşünürəm ki, Livan hökuməti öz üzərinə düşəni edib. Onlar ilk addımı atıblar. İndi bizə lazım olan şey İsrailin buna əməl etməsidir”.

Livanın rəsmi Milli Xəbər Agentliyi bazar ertəsi ABŞ-ın xüsusi elçi müavini Morqan Ortagusun rəsmilərlə planlaşdırılan görüşlərdən əvvəl Beyruta gəldiyini bildirib.

İsrail, keçən noyabr ayında ABŞ-ın vasitəçiliyi ilə əldə olunan atəşkəsə baxmayaraq, Livanın cənubunda beş mövqeyi hələ də işğal altında saxlayır. Razılaşmaya görə, İsrail qüvvələri iki ay ərzində geri çəkilməli, Livanın silahlı qüvvələri isə uzun müddət Hizbullahın qalaqəsi olmuş ölkənin cənubuna nəzarəti ələ almalı idi.

İsrail qüvvələri noyabr atəşkəsinin demək olar ki, gündəlik pozuntuları ilə Livanın hər yerində hava hücumlarını davam etdirərək, Suriyalı qaçqınlar da daxil olmaqla, mülki əhali arasında ölümlərə və yaralanmalara, həmçinin əmlak və infrastrukturun dağıdılmasına səbəb olub.

Son İsrail təcavüzü zamanı Livanın cənubunda pilotsuz uçuş aparatının hücumu nəticəsində bir nəfər həlak olub. Livanın İctimai Səhiyyə Nazirliyi pilotsuz uçuş aparatının Bint Cbeyl rayonundakı Ayn əl-Məzrəb-Təbnin yolunda yük maşınına dəydiyini bildirib.

Daha sonra bazar ertəsi İsrail ordusu verdiyi bəyanatda bir Hizbullah üzvünü öldürdüyünü və “İsrail vətəndaşlarına yaranan təhdidləri aradan qaldırmaq üçün əməliyyatları davam etdirəcəyini” iddia edib.

Livanın 1975-1990-cı illərdəki vətəndaş müharibəsindən sonra silahlarını saxlayan yeganə fraksiya olan Hizbullah, keçən il İsraillə müharibədən ciddi şəkildə zəifləyərək çıxıb. Müharibə nəticəsində keçmiş rəhbər Həsən Nəsrullah da daxil olmaqla, yüksək səviyyəli liderlər, minlərlə döyüşçüsü və Livanlı mülki şəxslər həlak olub, on minlərlə şiə və digər icmalar evlərinin dağılması səbəbindən köçkün düşüblər.

Son hadisələr Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının bazar ertəsi Livanın cənubundakı beynəlxalq sülhməramlı missiya olan UNIFIL-in mandatının 2026-cı ilin avqustuna qədər uzadılmasına səs verməyə hazırlaşdığı bir vaxta təsadüf edir.

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz