Avtomobil xəbərləri 08.08.2025

Honda-nın ABŞ satışları artıb, gəlir azalıb

Honda-nın ABŞ satışları artıb, gəlir azalıb

Honda-nın mənfəəti ABŞ tariflərindən zərər gördü

Yaponiya avtomobil istehsalçısı Honda bu ilin aprel-iyun aylarında əldə etdiyi mənfəətin ötən ilin eyni dövrü ilə müqayisədə yarıbayarı azaldığını açıqlayıb. Buna səbəb kimi ABŞ-ın avtomobil ixracına tətbiq etdiyi 25 faizlik gömrük rüsumları göstərilir.

Honda rəsmiləri bu azalmanın əsas səbəbinin məhz ABŞ tərəfindən tətbiq olunan tariflər olduğunu bildiriblər.

Satışlar azalıb, proqnozlar dəyişir

Honda-nın açıqladığı məlumatlara əsasən, son rübdə şirkətin mənfəəti 1.3 milyard ABŞ dolları təşkil edib. Ötən ilin eyni dövründə bu rəqəm iki dəfə çox idi. Şirkətin rüblük satışları isə 1.2 faiz azalaraq 36 milyard dollara düşüb.

Bununla belə, Honda 2026-cı ilin mart ayına qədər olan tam maliyyə ili üçün mənfəət proqnozunu artıraraq 420 milyard yen (2.9 milyard dollar) səviyyəsinə qaldırıb. Əvvəlki proqnoz 250 milyard yen idi. Amma bu yenilənmiş proqnoz belə ötən ilin nəticələrindən 50 faiz aşağıdır.

Honda-nın dünya bazarlarındakı mövqeyi

Honda cari maliyyə ilində dünya üzrə 3.62 milyon avtomobil satmaq hədəfinə sadiq qalır.

Şirkət Braziliya və Vyetnamda motosiklet biznesinin güclü olduğunu, Şimali Amerika avtomobil satışlarının isə tariflərin yaratdığı çətinliklərə baxmayaraq, yüksək səviyyədə qaldığını bildirib. Honda tariflərin mənfi təsirini "ətraflı araşdırma" nəticəsində təxminən 450 milyard yen (3 milyard dollar) olaraq qiymətləndirir.

maliyyə

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz