Böyük Britaniya Hawk Təyyarələrini Təqaüdə Göndərir: Hürjet Üç Namizəd Arasında
İyun ayının əvvəlində yayımlanan Böyük Britaniyanın Strateji Müdafiə İcmalında, köhnə Hawk reaktivlərini daha aşağı istismar xərcləri olan, daha müasir və sürətli bir təlim təyyarəsi ilə əvəz etmək təklifi yer almışdı. Müdafiə naziri Mariya Eqqlın parlamentdə verdiyi açıqlama bu istiqamətdə yaxın gələcəkdə konkret addımların atılacağına dair ilk rəsmi siqnal oldu.Müdafiə Təchizat və Sənaye üzrə Dövlət Naziri Mariya Eqql, bir millət vəkilinin mövzu ilə bağlı sualına cavab verərək demişdi: "Strateji müdafiə icmalı, Hawk T1 və T2-nin maliyyət baxımından səmərəli təkmilləşdirilmiş bir jet təlim təyyarəsi ilə əvəz edilməsini təklif etmişdi. Eyni zamanda, Kral Hərbi Hava Qüvvələrinin akrobatika qrupunun gələcək platformasının da bu çərçivədə dəyişdirilməsi nəzərdən keçirilir və bu mövzu ilə bağlı işlər üçün Kral Hərbi Hava Qüvvələrinin proqram qrupu yaradılır."
Hawk Təyyarələrinin Əvəzlənməsi Tələbi və Namizədlər
Böyük Britaniya tərəfindən Hawk təyyarələrinin dəyişdirilməsi ilə bağlı tenderin nə vaxt başlayacağı hələ məlum deyil. 1976-cı ildə xidmətə girən Hawk T1 təyyarələrinin əvvəlki planlaşdırmada 2030-cu ildə tamamilə təqaüdə çıxarılacağı bilinirdi. 2009-cu ildə xidmətə başlayan Hawk T2 təyyarələrinin təqaüd müddəti isə 2040-cı il olaraq nəzərdə tutulmuşdu. Lakin mühərrik başda olmaqla, təyyarədə yaranan bəzi problemlər T2 təyyarələrinin etibarlılığının şübhə altına alınmasına səbəb oldu. Hərbi Hava Qüvvələri komandanı ser Riç Naytonun "Açığını desək, Hawk T2-ni mümkün qədər tez dəyişdirmək istəyirəm. Beləliklə, daha müasir, daha etibarlı və daha böyük imkanlara malik olacağıq" bəyanatı da bu vəziyyətdən qaynaqlanırdı. Təkmilləşdirilmiş jet təlim təyyarəsi bazarı bəzi ölkələrin öz yerli dizaynlarını istehsal etməsi ilə getdikcə daha da doymuş vəziyyətə gəlib. Böyük Britaniyanın kənardan alış yolunu seçməsi halında, ABŞ və Avropadan bir çox seçim mövcuddur. Bu seçimlər arasında yaxın zamanda İspaniya tərəfindən seçilən TUSAŞ tərəfindən istehsal olunan Hürjet də yer alır. Bəs, belə bir tenderdə hansı təyyarələr rəqabət apara bilər? Hərbi və mülki aviasiya ilə bağlı xəbər və təhlillər yayımlayan Theaviationist.com saytından Kay Qrit bu ehtimalları araşdırıb.Boeing-Saab T-7A Red Hawk
ABŞ ordusunun hazırda istifadə etdiyi T-38 Talon təlim təyyarəsi əvəzinə Boeing-Saab T-7A Red Hawk təlim təyyarəsindən istifadə etməyə hazırlaşdığı bilinir. Lakin T-7A təyyarələrinin Böyük Britaniya tərəfindən seçilmə ehtimalının az olduğu ifadə edilir. T-7A proqramında yaşanan gecikmələr bu təyyarənin istismara verilməsini ləngitməklə yanaşı, təyyarənin ABŞ Hərbi Hava Qüvvələrinin supersonik uçuş tələblərini qarşılayacaq şəkildə təchiz edilməsi, T-7A-ların texniki xidmət və istismar xərclərinin yüksək olmasına səbəb olur. T-7A təyyarələrinin orta səviyyəli bir jet təlim təyyarəsində axtarılan xüsusiyyətlərdən daha yüksək performansa malik olması və istismar xərclərinin çox olması, Kral Hərbi Hava Qüvvələrinin bu təyyarəni seçmə ehtimalını daha da azaldır. Bundan əlavə, Hərbi Hava Qüvvələrinin mümkün bir alımda Böyük Britaniya üçün birgə istehsal ehtimalının aşağı olması, siyasi və iqtisadi cəhətdən T-7A-ları Böyük Britaniya üçün daha az cəlbedici edir.Leonardo M-345 / M-346
İtaliya mərkəzli Leonardo şirkətinin əlində M-345 və M-346 təlim təyyarələri mövcuddur. M-345 daha fundamental bir təlim təyyarəsi olaraq nəzərdə tutulub. M-346 isə cüt mühərrikli, daha yüksək performansa malik bir təyyarə kimi önə çıxır. May ayının sonunda bir M-345-in Böyük Britaniyaya səfər etdiyi məlumdur. Rəsmi bir açıqlama verilməsə də, bu səfərin təyyarənin araşdırılması məqsədilə edildiyi ehtimal olunur. Leonardo’nun Böyük Britaniyada əhəmiyyətli ortaq layihələrinin olduğu bilinir. Şirkətin Böyük Britaniyadakı müəssisələrinin mümkün bir alımda birgə istehsal ehtimalını artırdığı və bu durumun Leonardo istehsalı olan təyyarələrin seçilmə ehtimalını yüksəltdiyi qeyd edilir. İtalyan təyyarələri Eurofighter və 5-ci nəsil döyüş təyyarəsi F-35-də xidmət edəcək pilotların təlimi üçün xüsusi olaraq hazırlanmışdır. Bu da Böyük Britaniyanın bu təyyarəni seçmə ehtimalını artırır.TUSAŞ / Hürjet
Theaviationist.com saytında yayımlanan yazıda Türk Aviasiya və Kosmik Sənayesi tərəfindən inkişaf etdirilən Hürjet’in də Böyük Britaniya üçün bir seçim olduğu qeyd edilib. Yazıda, öz sinfindəki bir çox təyyarə kimi F-404 mühərrikindən istifadə edən Hürjet’in yaxın zamanda İspaniya tərəfindən də seçildiyi xatırladılıb. Türkiyə ilə Böyük Britaniya arasında inkişaf edən müdafiə sənayesi əməkdaşlığının Hürjet’in seçilmə ehtimalını da artırdığı bildirilib.2024-cü ilin dekabr ayında Türkiyə və İspaniya arasında inkişaf etmiş təlim təyyarəsinin birgə inkişafı üçün bir Anlaşma Memorandumu (MoU) imzalanmışdı. Keçən il 14 mayda FEINDEF sərgisi zamanı Airbus, TUSAŞ və iştirakçı 15 İspan şirkəti arasında imzalanan razılaşma çərçivəsində, birgə istehsal metodu ilə İspaniya üçün Hürjet qabaqcıl jet təlim təyyarəsi istehsal edilməsi qərarlaşdırılmışdı. İspaniya Müdafiə Nazirliyi tərəfindən yaxın zamanda edilən açıqlamada, ümumilikdə 28 ədəd Hürjet üçün İspaniyanın 1 milyard 375 milyon avro ayırdığı və çatdırılmaların 2028-ci ildə başlayıb 2029-cu ildə tamamlanmasının planlaşdırıldığı bildirilib.