Məhkəmədə Ev Dustaqılığı Vəsatəti
Noyabrın 20-də Səbail Rayon Məhkəməsində “Hürriyyət TV”nin həbsdə olan baş redaktoru Vüqar Məmmədovun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətinə baxılıb.
Səhhət Durumu Və Əməliyyat Tövsiyəsi
Vəkil Aqil Layıc bildirib ki, müvəkkilinin yaşı, səhhət durumu və ona qarşı irəli sürülən cinayət ittihamının ağırlıq dərəcəsi nəzərə alınaraq, onun ev dustaqlığına buraxılması tələbi ilə məhkəməyə müraciət edilib. Layıcın sözlərinə görə, Vüqar Məmmədov ürək problemlərindən əziyyət çəkir və həbsindən bir neçə gün öncə tibbi müayinədən keçib. Həkimlər ona təxirəsalınmaz əməliyyat olunmağı tövsiyə ediblər.
Vəsatət Təmin Edilmədi, Səhhəti Pisləşdi
Lakin Səbail Rayon Məhkəməsi vəkilin baş redaktorun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətini təmin etməyib. Proses zamanı Məmmədovun səhhəti kəskin şəkildə pisləşib; onun təzyiqi düşüb və qusaraq narahatlıq hiss edib.
İttiham Və Ailə Bağları
Qeyd edək ki, Vüqar Məmmədov barəsində oktyabrın 31-də 3 ay 13 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Baş redaktor Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunur. Məmmədov həm də Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun və xaricdə yaşayan hüquqşünas, “AzerFreedom TV”nin rəhbəri Qurban Məmmədovun bacısı oğludur.

Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz