Husilər İsrailə Raket Zərbəsi Endirdi: Ben Qurion Hava Limanı Hədəf Alındı
Yəməndəki Husilərin hərbi sözçüsü Yahya Səri bəyanat yayaraq, işğal altında olan Yaffa (Təl-Əviv) bölgəsində yerləşən
Lod (Ben Qurion) Hava Limanının "Zülfüqar" ballistik raketi ilə hədəf alındığını açıqlayıb.
"Əməliyyat uğurla həyata keçirildi"
Səri qeyd edib ki, əməliyyat "uğurla həyata keçirilib və milyonlarla
sionistlərin sığınacaqlara qaçmasına, uçuşların dayanmasına səbəb olub".
"Blokada aradan qaldırılana qədər davam edəcək"
Bu hücumun İsrail ordusunun
Qəzza zolağında fələstinlilərə qarşı törətdiyi soyqırım cinayətlərinə cavab olduğunu vurğulayan Səri, "Qəzzaya yönəlik hücumlar dayandırılıb blokada aradan qaldırılana qədər dəstək əməliyyatlarının davam edəcəyini" bildirib.
"Sirenlər səsləndi"
Digər tərəfdən, İsrail ordusundan verilən açıqlamada, Yəməndəki Husilərin ölkəyə doğru atəş açdığı raket səbəbindən müxtəlif bölgələrdə sirenlərin səsləndiyi qeyd edilib. Bəyanatda, sirenlərin protokola uyğun olaraq səsləndiyi və raketin hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirildiyi iddia olunub.
24 saat
Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz