İdman 01.12.2025

İbtidai sinif şagirdi Türkiyənin ən gənc futbolçusu oldu

İbtidai sinif şagirdi Türkiyənin ən gənc futbolçusu oldu

Gənc futbolçu tarix yazdı

Türkiyə Futbol Federasiyasının 2-ci Liqası, Ağ Qrupunda maraqlı hadisə yaşanıb. Beyoğlu Yeniçarşı və Sincan Bələdiyyəsi Ankaraspor arasında keçirilən matçda tarixi an qeydə alınıb. Qarşılaşma 1-1 hesabı ilə davam edərkən, 90+3-cü dəqiqədə Ankarasporun 1 yanvar 2012-ci il təvəllüdlü oyunçusu Mustafa Yağız Şen meydana daxil olaraq, Türkiyə peşəkar liqalar tarixində ən gənc futbolçu adına sahib çıxıb.

Əvəz Olunduğu Oyunçu Diqqət Çəkdi

Mustafa Yağızın əvəz etdiyi oyunçu isə futbol ictimaiyyətinə yaxşı tanış olan bir isimdi – Muhammed Demirci. Beşiktaşın gənclər komandasından çıxan və hələ 10 yaşlarında olarkən adı Barselona kimi dünya şöhrətli klublarla hallanan Demirci, karyerasında gözlənilən sıçrayışı edə bilməyib.

İllər ərzində Beşiktaşda kifayət qədər şans qazana bilməyən Muhammed Demirci, daha sonra Belçika təmsilçisi Royal Excel Mouscron'a transfer olundu, lakin orada da uğur qazana bilmədi. Nəticədə, Türkiyənin aşağı liqalarında oynamağa başladı.

Peşəkar karyera pillələri

Beşiktaşdan sonra Gaziantep BB, Mouscron, İstanbulspor, 24 Erzincanspor, Şanlıurfaspor, Sarıyer, Tuzla, Beykoz Anadolu, İskenderunspor və Balıkesirspor kimi komandalarda çıxış edən 30 yaşlı Muhammed Demirci, hazırda Ankarasporun heyətindədir.

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz