İdman 15.11.2025

İkardi transfer təklifini açıqladı

İkardi transfer təklifini açıqladı
Galatasarayın ulduz futbolçusundan gözlənilməz etiraf: "Boca"ya keçid qadağandır

Galatasaray

nın argentinalı ulduzu Mauro İkardi və onun sevgilisi Çina Suares Argentinada bir televiziya proqramının qonağı olublar. Mario Pergolinin gözlənilməz qonağı olan İkardi, transferlə bağlı sensasion bir etiraf edib.

"Boca" qadağası

Sarı-qırmızılı komandadakı gələcəyi hələ də qeyri-müəyyən olan İkardinin Argentinaya qayıtma ehtimalı proqramda müzakirə olunub. Çina Suares "Onun Argentinada, ya da "Boca"da oynamasını istərdinmi?" sualına cavab olaraq "Əgər Argentinaya gələrsə, "River Plate"ə gələcək, bunun müzakirəsi belə yoxdur. "Boca"ya keçid qəti şəkildə qadağandır" ifadələrini işlədib.

Adı tez-tez İtaliya klubları ilə hallanan Mauro İkardi isə Argentinaya qayıtma ehtimalı ilə bağlı "Mən "Newell"liyəm. Qayıtmağım üçün bir neçə dəfə mənimlə əlaqə saxlayıblar. Amma hələ vaxtım var. Bütün həyatımı Avropada qurmuşam" cavabını verib.

"Galatasaray" çətin günlər yaşayırdı"

Mauro İkardi "Galatasaray"dakı karyerası ilə bağlı da danışıb və komandanı çətin günlərdən xilas etdiyini deyib. O, sarı-qırmızılı komandada keçirdiyi günləri xatırlayaraq " "Galatasaray"a imza atdığımda çətin bir dövrdən keçirdilər. Vurduğum qollar və təbii ki, komandamın performansı ilə birlikdə həmin il çempion olduq və gedişatı dəyişdirdik. Hər şeyi yoluna qoymaq fürsətinə sahib olduğuma görə xoşbəxtəm. Hazırda çox yaxşı vəziyyətdəyik" deyə bildirib.

İkardi qazandığı pulla bağlı olaraq da "Mənə "pullan var" deyirlər. Bəli, pulum var, amma onu mən qazanıram. Məşq etmək məcburiyyətindəyəm, ad günlərini qaçırıram, dost məclislərini qaçırıram... Bu böyük bir fədakarlıqdır" qiymətləndirməsini edib.

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz