Mauro İcardidən Kərəm Aktürkoğlunun transferinə dair açıqlama
Qalatasaray Super Liqanın ikinci turunda "Qaragümrük"lə qarşılaşacağı oyunun hazırlıqlarını davam etdirir. Komandanın ulduz futbolçusu Mauro İcardi məşqdən öncə mətbuat nümayəndələrinin suallarını cavablandırıb. Argentinalı oyunçu, Kərəm Aktürkoğlunun ehtimal olunan "Fənərbaxça"ya transferi ilə bağlı fikirlərini bölüşərək, "Əgər bu, onun karyerası və milli komanda üçün doğru addımdırsa, qərarı dəstəkləyirəm" deyib.
İcardi çıxışında bunları qeyd edib:
"Artıq bir aydır ki, komanda ilə məşq edirəm. Tezliklə ilk oyunuma çıxmaq istəyirəm. Bu mövsüm qarşımızda bir çox hədəflər var. Yüksək səviyyədə mübarizə aparmaq və yenidən çempion olmaq istəyirik. Üç il ard-arda çempion olmuşuq və ən əsası, bu uğuru davam etdirmək niyyətindəyik. Qalatasarayı çox darıxmışam. Azarkeşlərimizlə görüşmək üçün səbirsizliklə gözləyirəm və bunun üçün var gücümlə çalışıram."
"Yeni mövsümə başlayırıq və çox xoşbəxtik. Uzun illərdən sonra kapitan sarğısını Musleradan almaq mənim üçün böyük bir şərəfdir. Bu klubu hər zaman qürurla təmsil etmişəm və komanda yoldaşlarıma kömək etməyə çalışmışam."
"Dries Mertens və Qomis kimi atmosfer yaradan oyunçular çox darıxdıracaq. Onlar əhəmiyyətli şəxsiyyətlər idi və biz onları çox sevirdik. Xarizmatik yeni oyunçularımız da komandaya qoşulur. Biz böyük bir ailəyik. Futboldan kənar dostluğumuz da var. Çempionluqları qazanmağımızda da bunun böyük rolu oldu. Hər gün birlikdə olduğumuz üçün bu ailə mühiti uğur qazanmaq üçün ən vacib amildir."
Kərəm Aktürkoğlunun transferi ilə bağlı İcardidən sensasion açıqlama
Kərəm Aktürkoğlunun "Fənərbaxça"ya keçəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirən argentinalı ulduz bunları deyib: "Futbol belədir. Hər şey ola bilər. Dünən oynadı, amma hələ də "Benfika"nın oyunçusudur. O, Qalatasaray üçün çox vacib oyunçudur. Qalatasaray ilə birlikdə böyüdü. Ona ən xoş arzularımı çatdırıram. Mənim üçün çox dəyərlidir, onu sevirəm. Birlikdə keçirdiyimiz vaxt qiymətli idi. Karyerasında uğurlar arzulayıram. Karyerası və milli komanda üçün bu onun qərarıdır, bunu edə bilər."
"Vida karesi"
Adı "Fənərbaxça" ilə hallanan Kərəm Aktürkoğlu dünən oynanılan "Nitsa" matçının son dəqiqələrində oyuna daxil olub. Milli oyunçunun baş məşqçi Bruno Lage ilə görüntüsü geniş müzakirələrə səbəb olub. Portuqaliya mətbuatı bu fotonu "vida karesi" adlandırıb.
Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz