FIFA başqanı
Nyu-Yorkda keçirilən tədbirdə çıxış edən Beynəlxalq Futbol Federasiyaları Birliyinin (FIFA) prezidenti Canni Infantino dünyanın münaqişələrlə dolu olduğunu vurğulayaraq, sülhə ehtiyac olduğunu dilə gətirib. "Hamımız bilirik ki, təəssüf ki, parçalanmış, aqressiv və mürəkkəb bir dünyada yaşayırıq. Uşaqların əziyyət çəkdiyini gördükdə mən də əziyyət çəkirəm. Qəzzada, Ukraynada, Sudanda, Liviyada, dünyanın hər hansı bir yerində anaların ağladığını gördükdə mən də ağlayıram. Münaqişələrin yaşandığı 80 ölkə var və olanları gördükdə hamımız əziyyət çəkirik", - deyə Infantino bildirib.
Sülh çağırışı
Infantino çıxışında insanların mahiyyət etibarilə pis deyil, yaxşı olduğuna inandığını vurğulayıb: "Özümüzə inanmalıyıq və əziz liderlər, biz sizə inanırıq. Dünyada sülhə ehtiyacımız var". Onun bu çıxışı Birləşmiş Millətlər Təşkilatının (BMT) məruzəçilərinin işğal olunmuş Fələstin ərazilərində davam edən soyqırım səbəbindən İsrailin beynəlxalq futbol turnirlərindən kənarlaşdırılması çağırışından sonra səslənib.
BMT məruzəçiləri mövzu ilə bağlı ötən həftə verdikləri yazılı açıqlamada FIFA və UEFA-ya müraciət edərək, "İşğal olunmuş Fələstin ərazilərində davam edən soyqırıma qarşı zəruri bir cavab olaraq FIFA və UEFA-ya ölkə komandası olaraq İsrailin beynəlxalq futboldan kənarlaşdırılması çağırışını edirik" fikirlərini ifadə etmişdilər.
Oxucu Şərhləri
Şərh Yaz