Həbsdə olan tədqiqatçının kitabı işıq üzü gördü
Cinayət işi ilə əlaqədar həbsdə saxlanılan elmi tədqiqatçı İqbal Əbilovun yeni kitabı nəşr olunub. Bu barədə məlumat İqbal Əbilovun Hüquqlarını Müdafiə Komitəsi tərəfindən yayılıb.
Rus dilində işıq üzü görən “Talış Nitqindən Fraqmentlər I” adlı kitaba, XIX əsrin ikinci yarısında alman-rus şərqşünası Boris Dorn tərəfindən toplanmış və 2012-ci ildə Əbilovun arxivlərdə aşkar etdiyi əlyazmalar daxil edilib. Qeyd olunur ki, bu materiallar talış dilinin şimal dialekti ilə bağlı bu günə qədər məlum olan ən qədim elmi araşdırmalardan biri olaraq xüsusi əhəmiyyətə malikdir.
“Bibliotheca Talyshica” seriyasının ilk nəşri
Kitab ƏbilovTalış Milli Akademiyası tərəfindən təsis edilmiş "Bibliotheca Talyshica" seriyasının ilk nəşridir. Komitənin məlumatında bildirilir ki, bu seriyanın əsas məqsədi talış dilində yazılmış, lakin indiyədək nəşr olunmamış elmi əsərlərlə yanaşı, orta əsrlərdən günümüzə qədər yaşamış talış alimlərinin elmi irsini akademik ictimaiyyətə təqdim etməkdir. Burada həmçinin dilçilik, arxeologiya, coğrafiya, antropologiya və digər sahələrə dair arxivlərdə qorunan, bu günə qədər ictimaiyyətə məlum olmayan tədqiqatlara da yer veriləcək.
İqbal Əbilova qarşı irəli sürülən ittihamlar
Lənkəran Ağır Cinayətlər Məhkəməsi İqbal Əbilovİqbal Əbilov 2024-cü il iyulun 22-də Azərbaycana qohumlarını ziyarət etmək üçün gəldiyi zaman saxlanılıb.
O, Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıqda, əvvəlcədən razılaşdırılaraq Azərbaycanda milli zəmində nifrət yaratmaq cəhdində təqsirləndirilir. Tədqiqatçıya qarşı Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət), 281.3 (dövlət əleyhinə yönələn açıq çağırışlar – xarici təşkilatların və onların nümayəndələrinin tapşırığı ilə törədildikdə) və 283.1-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham irəli sürülüb.
Müdafiə Komitəsi İqbal Əbilov
Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz