Xarici İşlər naziri Abbas Əraqçı, Çinin CGTN kanalına verdiyi açıqlamalarda
İsrailin
İrana qarşı hücumlarını, atəşkəs prosesini və nüvə müzakirələrini dəyərləndirib.
Əsassız və Təcavüzkar Addım
Nazir Əraqçı,
İsrailin
İrana qarşı həyata keçirdiyi hücumu "münaqişə deyil, əsassız və təcavüzkar addım" kimi xarakterizə edib. O bildirib ki, "bu tərəfin heç bir əsası olmayan bir hücumudur. Özümüzü müdafiə etməkdən başqa seçimimiz yox idi. Buna görə də ölkəmizi müdafiə etdik. Öz torpaqlarımızda cəsarətlə müqavimət göstərdik və təcavüzkarları hücumlarını dayandırmağa, şərtsiz atəşkəsə razı olmağa məcbur etdik. Bu atəşkəs tələbi tərəfimizdən qəbul edildi."
Həssas Atəşkəs
İsrail ilə əldə edilən atəşkəsə toxunan Əraqçı, onun "həssas olduğunu və səbəbinin aydın olduğunu" qeyd edib. O vurğulayıb ki, "keçmişi narahatedici olan bu rejimdən gələn hər hansı atəşkəsə etibar etmək çətindir. Əgər atəşkəs pozularsa, cavab verməyə hazırıq. Bu müharibə bizim seçimimiz deyildi. Ən başından bəri bu müharibəni istəmədik, lakin hər cür ssenariyə qarşı da hazırlıqlı idik. İndi də bu müharibənin davam etməsini istəmirik. Lakin bir daha açıq şəkildə bildirirəm ki, hər vəziyyətdə hazırıq."
Nüvə Müzakirələrində Çözüm İradəsi
Tehranın ABŞ ilə nüvə müzakirələrinə qayıtmaq barədə niyə hələ də qəti qərar verməməsi ilə bağlı sualı cavablandıran Əraqçı deyib: "Hələ də əmin deyiliksə, bunun səbəbi qarşı tərəfin həqiqətən də bir çözüm iradəsi daşıyıb-daşımadığını görmək istəməyimizdir. Biz, hər iki tərəfin də faydalana biləcəyi bir yol xəritəsinə nail olmaq üçün səmimi bir iradə axtarırıq."
Sülhsevər Nüvə Proqramı
İranın nüvə proqramının tamamilə sülhsevər məqsədlərə xidmət etdiyini qeyd edən Əraqçı, bu barədə beynəlxalq ictimaiyyətə təminat verməyə hazır olduqlarını bildirib. O vurğulayıb ki, "nüvə proqramımızın yalnız sülhsevər məqsədlər daşıdığına yüz faiz əminik. Bu etibarı başqaları ilə də bölüşməkdə heç bir maneə görmürük, lakin bu, yalnız danışıqlar yolu ilə mümkündür." Əraqçı, 2015-ci ildə 5+1 ölkələri ilə əldə edilmiş nüvə razılaşmasına da toxunaraq deyib: "O dövrdə razılaşma əldə edildi və mütabiqət təmin olundu. Dünya, bu anlaşmanı böyük bir
diplomatik uğur kimi qeyd etdi. Biz də razılaşmaya sadiq qaldıq. Lakin təəssüf ki, ABŞ prezidenti Donald Trampın rəhbərliyi altında ölkə qəfildən razılaşmadan çıxmaq qərarı verdi. Bu son dərəcə kədərli bir addım idi və bu gün üzləşdiyimiz bütün hadisələr bu qərarın birbaşa nəticəsidir."
Hərbi Çözüm Yoxdur
Danışıqlar yolu ilə əldə edilmiş razılaşmaya qayıdışın mümkün olduğunu qeyd edən Əraqçı, "Lakin bunun reallaşması üçün qarşı tərəfin ciddi və səmimi iradə göstərməsi vacibdir. Hərbi seçim tamamilə kənara qoyulmalı, irəliyə doğru addımlar atılmalı və həll yalnız danışıqlar yolu ilə axtarılmalıdır," deyib. Əraqçı,
İsrailin
İrana qarşı son hücumunun da hərbi yollarla nəticə əldə edilməyəcəyini sübut etdiyini bildirərək deyib: "Düşünürəm ki, son hücum nüvə proqramına qarşı hərbi yollarla nəticə əldə edilməyəcəyini isbatladı. Yeganə effektiv həll diplomatik və danışıqlar yolu ilə əldə edilmiş bir həlldir. Lakin bu, qarşı tərəf hərbi iddialarından əl çəkib, bizə vurduqları zərərləri təzmin etdikləri təqdirdə mümkündür. O zaman biz də müzakirələrə qatılmağa hazır olacağıq."
24 saat
Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz