ABŞ-ın B-2 bombardmançı təyyarələri ilə İranın
nüvə obyektlərinə zərbələr endirməsindən sonra Tehranın vurulmuş ərazilərə çatmaq üçün işlərə başladığı məlum olub. Peyk görüntüləri İranın Fordodakı yeraltı
nüvə obyektində yenidənqurma işlərinin başladığını təsdiqləyir.
Görüntülərdə tunel girişləri və ABŞ bombalarının hədəf aldığı zonalarda ağır texnikanın fəaliyyəti əks olunub. İsrail hökuməti bu
nüvə obyektinin daxilində hələ də yüzlərlə kiloqram zənginləşdirilmiş
uranın olduğunu iddia edir. Bu uran İrana nüvə bomba istehsal etmək imkanı verir.
BÜTÜN NÜVƏ OBYEKTLƏRİNDƏ QAZINTI İŞLƏRİ BAŞLAYIB
Yenidənqurma işləri yalnız Fordoda deyil, həm də zərbə endirilmiş İsfahan və Natanz
nüvə obyektlərində start götürüb. Peyk görüntülərində ekskavatorlar və buldozerlər dağ yamaclarındakı böyük çuxurların ətrafında torpaq daşıyır.
Məqsəd
nüvə obyektlərində çökmüş havalandırma dəliklərini açmaq, daxilə daxil olmaq və içəridəki zərəri qiymətləndirə biləcək şəxsi ora daxil etmək kimi göstərilir.
Pentaqonun açıqlamasına görə, Fordoya atılan GBU-57 tipli sığınacaqdağıdan bombalar yeraltı kompleksin dərinliklərinə çatmaq üçün havalandırma dəliklərini hədəf alıb. Bu dəliklər bombardman nəticəsində çökmüşdü. Peyk görüntülərinə əks olunan digər detallar,
nüvə obyektinin əsas yoluna girişi təmin edən yeni keçidlərin açıldığını və zədələnmiş yolların bərpa olunmağa çalışıldığını göstərir.
İSRAİLİN HÜCUM ETMƏK EHTİMALI VARMI?
ABŞ və İsrail bu mövzuda hələlik rəsmi açıqlama verməyiblər. Lakin İsrail, İranın
nüvə obyektlərini
yenidənqurma işlərinə başlaması halında hərbi zərbə endirəcəyini bəyan etmişdi.
ABŞ prezidenti Donald Tramp hücumlarla İranın
nüvə obyektlərinin "tamamilə məhv edildiyini" söyləmişdi. İsrail də İranın nüvə proqramına "illərlə bərpa olunmayacaq zərər verildiyini" bildirmişdi. Lakin proqramın nə dərəcədə zərər gördüyü hələ də dəqiq deyil. Pentaqonda keçirilən mətbuat konfransında General Den Keyn “Gecəyarısı Çəkici” əməliyyatı çərçivəsində MOP bombalarının ardıcıl olaraq ventilyasiya boşluqlarından atıldığını açıqlamışdı. Bu bombalar bir müharibədə ilk dəfə tətbiq olunmuşdu.
24 saat