Şou 13.08.2025

İrem Derici ikinci dəfə ailə qurur

İrem Derici ikinci dəfə ailə qurur

Təxminən bir ilə yaxındır DJ Melih Kunukcu ilə münasibətdə olan müğənni İrem Derici ötən aylarda sevgilisindən ayrılmaq qərarı almışdı. Qısa müddətli ayrılıqdan sonra yenidən barışan cütlük bu dəfə hər kəsi təəccübləndirən bir addım atdı. Onlar evlənmək qərarına gəlib.

Melih Kunukcudan evlənmə təklifi

Dostları Burak Bulut və Eda Sakızın toy mərasiminə qatılan cütlük arasında xoş sürpriz yaşanıb. Mərasimdə o, sevgilisinə evlənmə təklifi edib.

İrem Dericidən "BƏLİ" cavabı

Toy mərasimində aldığı evlənmə təklifi qarşısında təəccübünü gizlədə bilməyən məşhur sənətçi təklifə "Bəli" cavabını verib. Cütlüyün nə vaxt nikah masasına oturacağı isə hələlik qaranlıq qalır.

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz