İspaniyada meşə yanğınları: 19 min nəfər təxliyə olunub
İspaniyanın Kastelyon bölgəsindəki Vall d'Uixó şəhərində başlayan və sürətlə genişlənən meşə yanğınları ciddi təhlükəyə çevrilib. Rəsmi mənbələrin verdiyi məlumata görə, yanğın nəzarətdən çıxıb və mövcud texniki vasitələrlə onun qarşısını almaq mümkün olmayıb.

Təbii fəlakət səbəbindən 16 bələdiyyə ərazisində yaşayan təxminən 19 min sakin yaşayış yerlərini tərk etmək məcburiyyətində qalıb. Yanğının miqyasının böyüməsi bölgədəki 50 minə yaxın insan üçün ciddi təhlükə və narahatlıq doğurur.
Hadisə nəticəsində yeddi nəfərin xəsarət aldığı bildirilir. Bununla yanaşı, Valensiyanın Manises bölgəsində baş verən digər bir yanğın hadisəsi zamanı bir nəfərin həyatını itirdiyi qeyd olunub.
İlkin araşdırmalar və yayılan video görüntülər yanğının qəsdən törədilməsi ehtimalını ön plana çıxarır. Kadrlarda hadisə yerindən qaçan bir şəxsin görüntüləri əks olunub.
Fövqəladə hallar xidmətləri yanğını söndürmək üçün mübarizəni davam etdirir, lakin əlverişsiz hava şəraiti və güclü külək alovun daha geniş ərazilərə yayılmasına səbəb olur.


Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz