Dünya 23.11.2025

İsrail Beyruta hava zərbəsi endirdi

İsrail Beyruta hava zərbəsi endirdi
İsrail ordusu Beyrutun Dahiye rayonuna hücum etdiyini açıqladı. Ordu sözçüsü Aviçai Adraii, X sosial media platformasındakı hesabından yaydığı bəyanatda, İsrail qüvvələrinin Beyrutun Dahiye bölgəsində Hizbullahın yüksək rütbəli fiqurlarından birini hədəf aldığını iddia etdi. Livanın rəsmi xəbər agentliyi NNA-nın məlumatına görə, Dahiye rayonuna edilən hücumlar nəticəsində çox sayda insan yaralanıb və əraziyə ciddi maddi ziyan dəyib. Hücum zamanı Hreyk məhəlləsindəki bir binanın üç raketlə vurulduğu və bölgəyə çox sayda təcili yardım maşınının cəlb olunduğu bildirilib. Sosial mediada yayılan görüntülərdə İsrailin hava zərbələrindən böyük dağıntıya məruz qalan Beyrutun cənub şəhərətrafı Dahiye bölgəsində vurulan binadan tüstü qalxdığı əks olunub. Livan rəsmiləri hücum və can itkiləri ilə bağlı hələlik rəsmi açıqlama verməyiblər.

İsrail Baş Nazirliyindən "Beyrut Hücumu" Bəyanatı

İsrail Baş Nazirliyinin Ofisindən verilən açıqlamada, Beyruta edilən hücumda Hizbullahın hərbi qanadının lideri olduğu iddia edilən bir şəxsin hədəf alındığı bildirilib. Qeyd olunub ki, Baş Nazir Binyamin Netanyahu bu hücum əmrini Baş Qərargah rəisi Eyal Zamir və Müdafiə naziri Yisrael Katz ilə məsləhətləşdikdən sonra verib. İsrail mətbuatı, hücumda ABŞ-ın sanksiya siyahısında yer alan Hizbullahın yüksək səviyyəli simalarından Heysem Ali Tabatabai'nin hədəf alındığını irəli sürüb.

Ateşkəsə Baxmayaraq İsrailin Hücumları Davam Edir

İsrail 2023-cü ilin oktyabrında Livana qarşı hücuma başlamış, 2024-cü ilin sentyabrında isə bu hücum genişmiqyaslı müharibəyə çevrilmişdi. Müharibədə 4 mindən çox insan həyatını itirmiş, təxminən 17 min nəfər yaralanmışdı. Livan ilə İsrail arasında 27 noyabr 2024-cü ildə əldə olunan atəşkəs razılaşmasına baxmayaraq, İsrailin atəşkəsi minlərlə dəfə pozduğu bildirilmişdi. İsrail 2023-cü il oktyabrın 8-dən sonra Livanda ələ keçirdiyi 5 təpəni hələ də işğal altında saxlayır, eyni zamanda onilliklərdir əlində saxladığı bəzi bölgələrdəki varlığını davam etdirir. Livan Səhiyyə Nazirliyi, atəşkəsi pozan İsrailin 27 noyabr 2024-cü il – 20 noyabr 2025-ci il tarixlərində Livana təşkil etdiyi hücumlarda 331 nəfərin həyatını itirdiyini, 945 nəfərin isə yaralandığını açıqlayıb. Regional münaqişə davam edir.

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz