Netanyahudan Qəzza Zolağına Hücumları Genişləndirmə Qərarı
İsrailin Baş naziri Binyamin Netanyahunun humanitar fəlakətə sürüklədiyi Qəzza zolağına qarşı 22 aydır davam edən hücumları genişləndirmək qərarı verdiyi açıqlanıb. İsrailin dövlət televiziyası KAN-a danışan bəzi yüksək rütbəli nazirlər, Netanyahu ilə görüşdüklərini və Baş nazirin İsrailli əsirlərin saxlanıldığı güman edilən əraziləri də əhatə edəcək şəkildə Qəzza zolağına hücumları genişləndirmək barədə qərar qəbul etdiyini bildiriblər.
Nazirlər qeyd ediblər ki, Netanyahu Qəzza zolağında hücumların genişləndirilməsi barədə qərarı təhlükəsizlik qurumları ilə fikir ayrılıqlarına baxmayaraq verib. Baş nazir danışıqlarda "Zolağın işğalı" ifadəsindən də istifadə edib. İsrail Baş naziri Binyamin Netanyahu həmçinin Qəzza zolağında "müharibə hədəflərinə" çatmaq üçün yeni qərarlar qəbul etmək məqsədilə həftə ərzində təhlükəsizlik kabinetini toplayacağını açıqlamışdı.
Qəzzaya Hücumların Genişləndirilməsi Planı
İsrail mediası, ordunun humanitar fəlakətə sürüklədiyi Qəzza zolağına qarşı hücumların genişləndirilməsi istiqamətində hazırlıqlar apardığını yazmışdı. Ordunun hazırladığı genişmiqyaslı "mərhələli hücum planı" çərçivəsində, dəfələrlə didərgin düşmüş fələstinlilərin sığındığı qaçqın düşərgələri də daxil olmaqla, "həssas bölgələrin" quru hücumları ilə hədəf alınacağı qeyd edilib. İddia olunurdu ki, İsrail ordusu indiyə qədər həmin ərazilərə əsirlərin mövcudluğu səbəbindən quru hücumları təşkil etməkdən çəkinirdi. İsrail Nazirlər Kabinetinin həmin genişmiqyaslı hücum planını bu həftə müzakirə edəcəyi bildirilib.
Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz