Ordunun apardığı istintaqda hər bir intihar hallarının ayrı-ayrılıqda araşdırıldığı, özünü öldürən İsrail əsgərlərinin qoyub getdiyi məktubların təhlil edildiyi və onların yaxın ətrafları ilə müsahibələrin aparıldığı qeyd olunub.
İlin əvvəlindən bəri 7-si ehtiyatda olan olmaqla, 16 İsrail əsgərlərinin intihar etdiyi vurğulanıb. Xəbərdə təkcə keçən ay 4 əsgərin həyatına son verdiyi də xatırladılıb.
KAN telekanalına danışan yüksək rütbəli hərbi rəsmilərdən biri İsrail ordusu komandanlıq heyətinin sözügedən intihar hallarının yayılmasından narahatlığını ifadə edib. O, əvvəlki illərə nisbətən kəskin şəkildə artan intihar hadisələrinin qarşısını almaq üçün səylərin göstərildiyini bildirib.
İntihar Hallarında Ciddi Artım
İsrail ordusunun Qəzza zolağına hücumlarına başladığı 7 oktyabr 2023-cü ildən sonra intihar hallarında nəzərəçarpacaq artım müşahidə edilir.
2021-ci ildə İsrail ordusunda 11 əsgər intihar edib, növbəti il bu rəqəm 14-ə yüksəlib. Qəzza zolağında humanitar fəlakətə səbəb olan hücumların başladığı 2023-cü ildə intihar edən əsgərlərin sayı 17-yə çatıb. Keçən il isə 12-si ehtiyatda olan olmaqla 21 İsrail əsgərləri həyatına son verib.
Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz