Haredilər və İsrail Hökuməti Arasında Gərginlik
Haham Lando Baş nazir Binyamin Netanyahunun rəhbərlik etdiyi
İsrail hökumətini Haredilərə qarşı müharibə elan etməkdə günahlandırıb. Lando bildirib ki, “İsrail dövləti Yeşiva (
Tövrat Məktəbi) tələbələrinə müharibə elan edib.
Haredi yəhudiliyi indiyə qədər görünməmiş qlobal mübarizəyə girişəcək”.
Keçən həftə Haredi əhalinin sıx yaşadığı Bney Brak şəhərində keçirilən konfransda çıxış edən Haham Lando, İsrail rəsmiləri Yeşiva tələbələrini hərbi xidmətdən yayınmaq ittihamı ilə həbs etməyə başlasalar, Haredi icmasının "bütün gücü və ürəyi ilə dünyanı titrədəcəyi" və hökumətin "birləşmiş, qlobal
Haredi yəhudiliyi" ilə qarşılaşacağı barədə xəbərdarlıq edib.
Haredi Partiyaları Koalisiyadan Çəkildi
Haredi Şas Partiyası, Degel HaTora və Aqudat İsrail partiyalarından ibarət Birləşmiş Tövrat Yəhudiliyi koalisiyası, Harediləri hərbi xidmətdən azad edəcək qanun layihəsinin parlamentin gündəliyinə gətirilməməsi səbəbilə keçən ay hökumətdən çəkilmişdi. Bu qərarla, Netanyahu hökuməti 120 yerlik Parlamentdə 50 millət vəkilinin dəstəklədiyi azlıq hökuməti vəziyyətinə düşmüşdü.
Haredilərin Hərbi Xidmətə Çağırılması Mübahisəsi
İsrail qanunlarına görə, 18 yaşını tamamlamış hər kəsin məcburi hərbi xidmət keçməsi tələb edildiyi halda, Haredilərin hərbi xidmətdən azad edilməsi illərdir ölkədə müzakirə mövzusudur. İsrailin, xüsusən Qəzza zolağında, 7 oktyabr 2023-cü ildən etibarən regionda artan aqressiyası səbəbilə hərbi qüvvələrə ehtiyacın artması ilə
Haredilərin orduya cəlb edilməsi məsələsi aktuallaşmışdı.
İsrail Ali Məhkəməsi 25 iyun 2024-cü ildə Haredi kişilərinin məcburi hərbi xidmətdən azad edilməsinin qanuni əsasının olmadığına və hərbi xidmətə uyğun olanların çağırılmalı olduğuna qərar vermişdi. Qeyd olunub ki,
İsrail hökuməti hərbi xidmətə yararlı təxminən 80 min Haredi kişidən 24 mininə hərbi çağırış vərəqəsi göndərib və iyul ayından etibarən 2025-2026-cı hərbi xidmət ili üçün "kontingent" olaraq müəyyən edilən qrupun qalan hissəsinə əmrlər göndərəcək. Haredilərin hərbi xidmətdən azad edilməsini təmin edəcək bir qanunun qəbul edilməməsi səbəbindən Netanyahunun
Haredi koalisiya tərəfdaşları parlamenti boykot etməyə başlamış və bu, parlamentin buraxılması səsverməsinə qədər gedib çıxan siyasi böhrana səbəb olmuşdu. Problemin həll olunmamasına baxmayaraq, buraxılma səsverməsində yetərli səs çoxluğu təmin edilməmişdi.
24 saat
Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz