Dünya 05.07.2025

İsrailin Qəzza hücumlarında 38 Fələstinli həlak olub

İsrailin Qəzza hücumlarında 38 Fələstinli həlak olub

Yerli mənbələrdən alınan məlumata görə, İsrail ordusunun hücumları nəticəsində səhərin erkən saatlarından etibarən Qəzzanın müxtəlif bölgələrində mülki əhaliyə aid evlər, məcburi köçkünlərin sığındığı çadırlar və bir məktəb hədəf alınıb.

Məktəblər əsas hədəfə çevrilib

Qəzza şəhərinin cənub-şərqindəki Zeytun məhəlləsində məcburi köçkün mülkilərin sığındığı İmam Şafi Məktəbinə qarşı İsrailin bombardmanında 7 nəfər həyatını itirib, çox sayda insan yaralanıb.

Qəzza şəhərinin qərbindəki Şeyx Rıdvan məhəlləsində məcburi köçkünlərin sığındığı Mövhubin Məktəbinin yaxınlığında bir evə təşkil edilən hava zərbəsində ikisi uşaq olmaqla 3 nəfər həlak olub, çox sayda insan xəsarət alıb.

Hücumlar nəticəsində məktəbin ətrafında qurulan məcburi köçkünlərə aid çox sayda çadır da zərər görüb.

Yardım paylama məntəqələri də hədəf alındı

İsrail ordusunun, Qəzza zolağının cənubundakı Rəfah şəhərinin qərbində, İsrail və ABŞ-ın birgə qurduğu yardım paylama məntəqəsinə yaxın bir bölgədə yardım gözləyən mülki şəxslərə atəş açması nəticəsində 2 fələstinli həyatını itirib, çox sayda insan yaralanıb.

Qəzza zolağının cənubundakı Xan Yunus şəhərinin qərbində yerləşən Ribat Kollecinin yaxınlığında məcburi köçkünlərin qaldığı çadırlara İsrail əsgərlərinin atəş açması nəticəsində aralarında bir qadının da olduğu 3 fələstinli həyatını itirib.

Yanğınlar törəndi

İsrailin Xan Yunus şəhərinin Mavasi bölgəsindəki Xanən Küçəsində məcburi köçkün fələstinlilərə aid çadırı hədəf alması nəticəsində 1 həkim və 4 uşağı həlak olub. Həmin hücum ətrafdakı bəzi çadırlarda da yanğın çıxmasına səbəb olub.

Həmçinin, İsrailin Xan Yunusun Mavasi bölgəsində, məcburi köçkün mülkilərin sığındığı bir çadıra pilotsuz uçuş aparatı (PUA) ilə təşkil etdiyi hücumda bir ata və oğlu həyatını itirib.

İsrailə məxsus helikopterin Meqazi Qaçqın Düşərgəsində bir evi hədəf alması nəticəsində 2 nəfər həyatını itirib.

Eyni bölgədə yerləşən Bureyc Qaçqın Düşərgəsində isə bir mənzilə təşkil edilən hücumda 2 qardaş həyatını itirib, çox sayda insan yaralanıb.

Həqiqi güllələrlə atəş açıldı

İsrailin Qəzza zolağının cənubundakı Rəfah şəhərinin qərbində yardım gözləyən fələstinliləri bombalaması və həqiqi güllələrlə atəş açması nəticəsində 3-ü uşaq olmaqla 9 nəfər həyatını itirib, çox sayda insan da yaralanıb.

İsrailin Qəzzanın şərqindəki Zeytun məhəlləsi ilə şimalındakı Cəbaliyyə əl-Bələd bölgəsini hədəf aldığı iki hava zərbəsində də biri qadın olmaqla 3 fələstinli həyatını itirib.

Humanitar yardım

24 saat