Ravvindən Şok Bəyanat: "Qəzzadakı Bütün Uşaqlar Aclıqdan Ölməlidir"
İsrailli din xadimi Ronen Şaulovun Qəzzadakı uşaqlar haqqında səsləndirdiyi vicdansız və qeyri-insani bəyanatlar dünya ictimaiyyətində böyük hiddətə səbəb olub. Şaulovun “Bütün Qəzza və Qəzzadakı bütün uşaqlar aclıqdan ölməlidir” sözləri müharibənin ən böyük bədəlini ödəyən mülki şəxslərə qarşı nifrətin təzahürüdür.
İncildən Qəddar Əsaslandırma
Həmin din xadimi heç bir günahı olmayan Qəzza əhalisini hədəf alaraq, Fələstinli uşaqları “gələcək terrorçular” kimi xarakterizə edib. O, bu yanaşmasını İncildəki Amalek hekayəsi ilə əsaslandırıb. Bir çox dairələr bu bənzətməni nifrət və irqçi mövqenin örtüyü hesab edirlər.
"Qəzzadakı Aclıqdan Danışmaq Rüsvayçılıqdır"
Şaulovun söylədikləri təkcə fərdi qəzəb deyil, İsraildə bəzi radikal kəsimlərin Fələstinlilərə qarşı sərgilədiyi amansız yanaşmanı da əks etdirir. Ravvin “Ölkəmizdə insanların Qəzzadakı ac uşaqlardan danışması belə rüsvayçılıqdır” ifadələri ilə bölgədə yaşanan insani faciəni kiçik bir şey kimi təqdim edib. Sələfi cərəyanlar kimi bəzi radikal dini qruplar belə bəyanatları dini mətnlərlə əsaslandırmağa cəhd edirlər.
Şiddəti Legitimləşdirmə Cəhdi
Qəzzadakı Fələstinlilərin İsrail girovlarına pis münasibət göstərdiyini iddia edən Şaulov, bu mövqeyi onların uşaqlıqlarına bağlayaraq şiddəti qanuniləşdirməyə çalışıb: “Qəzzadakı girovları aclıqdan öldürənlər də vaxtilə uşaq idi”. O, “Yalnızca axmaq bir İsrail nifrəti, gələcək terrorçulara rəhm edir” sözləri ilə vicdan və mərhəmət hisslərini hədəf alıb. Bu açıqlamalar insan həyatına dəyər verməyən bir zehniyyətin təzahürüdür.
Qəzzada Baş Verən Aclıq Fəlakəti
İsrailin hücumları və humanitar yardımın girişini məhdudlaşdıran sıx mühasirəsi altındakı Qəzza Zolağı, aclıqla mübarizə aparır; su, dərman, tibbi ləvazimatlar və gigiyena materialları kritik dərəcədə çatışmır. Bu da genişmiqyaslı bir humanitar fəlakətə səbəb olub. Xüsusilə uşaqlar olmaqla, Qəzza Zolağında aclıq səbəbindən ölümlər artmaqdadır. İsrailin qıtlığı tətbiq etdiyi bölgədə 2023-cü il oktyabrın 7-dən bəri aclıq səbəbindən 93-ü uşaq olmaqla, 175 nəfər həyatını itirib. Yerli və beynəlxalq dairələr İsrailin “aclığı və susuzluğu silah kimi” istifadə etdiyini qeyd edirlər.
Qəzzada Mülki Infrastrukturun Dağıdılması və Köçkünlük
Mülki infrastrukturu da məhv edərək Qəzzanın 88 faizini dağıdan İsrail ordusu, qovma əmrləri ilə yerindən didərgin saldığı Fələstinliləri tez-tez sığınacaq tapdıqları bölgələrdə hədəfə alır. Təxminən 2.3 milyon əhalisi olan Qəzzada İsrail hücumları və qovma əmrləri nəticəsində yerindən didərgin düşənlərin sayı 2 milyona çatıb, bir çox şəxs dəfələrlə köç etməyə məcbur olub. Əsas ləvazimatlardan məhrum edilmiş didərgin Fələstinlilər derme-çatma çadırlarda və ya həddindən artıq izdihamlı məkanlarda, gigiyena materiallarının çatışmazlığı və hətta tualetlərin belə yetərsiz olduğu məktəblərdə sağ qalmağa çalışırlar. Yoluxucu xəstəliklər də geniş yayılmışdır. İsrail ordusu isə gündəlik hücumları ilə didərgin düşənlərin çadırlarını və sığındığı mülki nöqtələri bombalayır.
Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz