Dünya 01.07.2025

Jennifer Aniston fırıldağı pulsuz qoydu

Jennifer Aniston fırıldağı pulsuz qoydu

YENİ NƏSİL FRILDAQÇILIQ: SÜNİ İNTELLEKTİN TƏLƏSİ

Sosial media istifadəçilərini hədəf alan süni intellekt dəstəkli yeni bir fırıldaqçılıq dalğası Böyük Britaniyada yaşayan 43 yaşlı Paul Devisi tələsinə salıb. Depressiya ilə mübarizə aparan və işsiz olan Devis, "Friends" serialının ulduzu Cenifer Eniston olduğunu zənn etdiyi bir hesabdan gələn "Səni sevirəm" mesajı ilə aldadılıb. Həqiqi zənn etdiyi bu sevgi mesajına görə 200 funt-sterlinq dəyərində hədiyyə kartı göndərib.

SAXTA VİDEOLARIN HÜCUMU VƏ EMOSİONAL MANİPULYASİYA

Sauthemptonda yaşayan Devisin başına gələnlər süni intellekt tərəfindən yaradılan saxta videoların artıq nə qədər inandırıcı ola biləcəyini bir daha nümayiş etdirib. Devis bildirib ki, hər gün təkcə Eniston deyil, həm də İlon Mask və Feysbukun qurucusu Mark Zukerberq kimi tanınmış şəxslərin yer aldığı saxta videolarla bombardman edilir. Saxta Cenifer Eniston ona sürücülük vəsiqəsinə bənzəyən bir sənəd göndərib və ardınca ona aşiq olduğunu bildirib. Bu mesajlar qarşısında emosional cəhətdən həssas vəziyyətdə yaxalanan Devis, hədiyyə kartının kodlarını göndərdikdən sonra bunun bir fırıldaqçılıq olduğunu gec anlayıb. O, "Bir dəfə aldanıb, ikinci dəfə daha diqqətli olaram" sözləri ilə yaşadıqlarından peşmanlığını dilə gətirib. Lakin bu, aysberqin yalnız görünən hissəsi idi.

MÜKAFAT TƏLƏSİ VƏ ZUKERBERQİN SAXTA GÖRÜNTÜSÜ

Paul Devisin dediklərinə görə, dələduzlar təkcə emosional manipulyasiya ilə deyil, saxta mükafatlarla da insanları tələyə salır. Bəzən avtomobil qazanıldığı, bəzən isə Feysbukdan 500 min funt-sterlinq dəyərində mükafat qazanıldığı barədə saxta sənədlər göndərilir. Hətta süni intellekt tərəfindən yaradılmış Zukerberq videolarında "Bu fırıldaqçılıq deyil, mənə güvənin" kimi ifadələr yer alır. Mütəxəssislər, bu cür deepfake videolarda piksel pozuntuları, qəribə cümlələr, "qorxma" kimi emosional reaksiyaları tətikləyən sözlər və saxta kimliklərdəki fərqli yazı şriftlərinin diqqətlə təhlil edilməli olduğunu bildirirlər.

PSİXOLOJİ HƏSSASLIQ HƏDƏFDƏ

Paul Devis tək deyil. Tanıdığı başqa bir şəxs də bənzər saxta hesablara 1000 funt-sterlinqdən çox pul itirib. Bu fırıldaqçılıq növünün xüsusilə psixoloji cəhətdən çətin dövrlər keçirən insanları hədəf aldığı düşünülür. Süni intellekt texnologiyası sayəsində artıq dələduzlar, qurbanın adını sistemə daxil edərək saxta sənədlər, videolar və görüntülər yarada bilirlər.

Sauthempton Universitetinin süni intellekt üzrə mütəxəssisi Dr. Cenifer Uilyams, bu cür dələduzluqları "klassik bir fişinq (ing. phishing) taktikası, lakin müasir formada daha təhlükəli" şəklində xarakterizə edir.

DİQQƏTLİ OLUN: MÜTƏXƏSSİSLƏRİN XƏBƏRDARLIĞI

Mütəxəssislər, sosial media platformalarının qətiyyən yüksək məbləğlərdə mükafatlar və ya lüks avtomobillər paylamadığını vurğulayaraq, istifadəçiləri "Tanımadığınız bir hesabdan gələn mesajlara qarşı diqqətli olun, hədiyyə kartı istəyən heç bir videoya ya da sənədə inanmayın" deyə xəbərdarlıq ediblər.

Paul Devis isə yaşadıqlarını danışmaqdan çəkinmir, çünki başqalarının da eyni səhvə düşməsini istəmədiyini bildirib. O deyib: "Hər gün onlarla mesaj gəlir. Artıq emosional olaraq da, maddi olaraq da dözə bilmirəm. Amma başqa birini bu fırıldaqçılıq tələsindən qurtara bilsəm, buna dəyər."

24 saat