Jota Silva: "Qarşılanma inanılmaz idi"
Jota Silva Beşiktaşda özünü çox yaxşı hiss etdiyini bildirib: "Bu, karyeramda atmaq istədiyim bir addım idi. Buradakı qarşılanma məni çox sevindirdi. Beşiktaşın marağını hiss etdiyim andan etibarən hər şey mənim üçün aydın idi. Bu fürsəti dəyərləndirmək istəyirdim, çünki bunun karyeramda doğru addım olduğuna inanırdım. İnkişaf etmək və böyümək üçün belə bir çağırışa ehtiyacım var idi."
Jota Silva Beşiktaşdan gələn təklifi qəbul etməyin çox asan olduğunu vurğulayıb: "Beşiktaşda oynamış kimsə ilə danışmadım, lakin Türkiyədə oynamış bəzi dostlarımla söhbət etdim. Onlar bu klubun mənim üçün ideal olduğunu, özümü evimdə hiss edəcəyimi və burada çox xoşbəxt olacağımı dedilər. Bu səbəbdən də bu təklifi qəbul etmək mənim üçün çox asan oldu."
"Mən qazanmağa takıntılıyam"
Hər zaman qazanmaq istəyən bir futbolçu olduğunu deyən Jota Silva bunları qeyd edib: "Sahaya çıxdığım zaman hiss edəcəyim duyğuları təsvir etmək çətindir, amma ağlıma gələn ilk şey odur ki, bütün kluba aşiq olan azarkeşlər yalnız mənim üçün deyil, klub üçün də tezahürat edəcəklər. Bu, unudulmaz bir an olacaq. Buradakı azarkeşlərin həyəcanını yaxşı bilirəm və əminəm ki, bu anı karyeram və həyatım boyunca xatırlayacağam. Böyük hədəflər üçün mübarizə aparan klublarda oynamağa həmişə həvəsli olmuşam. Daim daha çoxunu istəyən, inkişaf etmək və qazanmaq arzusunda olan klublar mənim üçün önəmlidir. Mən qazanmağa takıntılıyam, Beşiktaş da eyni düşüncədədir. Bu məsələdə ortaq cəhətimiz var. Həm bu, həm də azarkeşlərin həyəcanı, şəhərin tutqunluğu, klubu dəstəkləyən hər kəsin sevgisi bu çağırışı qəbul etməyimdə həlledici rol oynadı. Çox vəd verməyi sevmirəm, qollar və ya ötürmələr vəd etməyəcəyəm. Ancaq söz verirəm ki, meydanda klubun hədəflərinə çatması üçün bütün gücümü sərf edəcəyəm. İşinə həvəsli, qərarlı və iddialı bir oyunçuyam. Hər top üçün mübarizə aparıram, təslim olmuram və klubun hədəflərinə çatmasına kömək etmək istəyirəm. Burada çox xoşbəxt olmaq istəyirəm. Heç vaxt təslim olmayan, sona qədər mübarizə aparan bir oyunçuyam. Bu xüsusiyyətimin klubun uğuruna maksimum töhfə verməyimə çox kömək edəcəyinə inanıram."
Jota Silva sözlərinə belə davam edib:
"Çox sayda yaxşı müdafiəçiyə qarşı oynamışam, həqiqətən də çətin olanlar var idi. Vitorioda oynayarkən Porto matçında Pepe-yə qarşı, Liverpuldə Van Deyk-ə, Manchester Unitedda Dalota qarşı oynamışam. Ruben Diasa qarşı oynamışam. Premyer Liqa həqiqətən də çox rəqabətlidir və müdafiəçilər çox güclüdür. Bu dörd ad mənim yaddaşıma həkk olunub. Bəlkə də Portuqaliyanın ən aşağı liqasında oynadığım il məni həm oyunçu, həm də insan olaraq formalaşdıran ən mühüm il oldu. Az imkanlarla da çox şeyin edilə biləcəyini, xoşbəxt olmaq üçün hər şeyə sahib olmağın vacib olmadığını öyrəndim. Sadəcə bir top ilə, dostlarımla ən aşağı liqada oynayarkən xoşbəxt idim, demək olar ki, heç pul qazanmırdım, sadəcə xəyallarının arxasınca gedən bir uşaq idim. Bu səbəbdən ən aşağı liqada oynadığım o il məni çox böyütdü və bu gün olduğum şəxs olmağımı təmin etdi."
"Zədə üzündən heç bir oyun buraxmamışam"
Daim hazır olmağa çalışdığını bildirən Jota Silva deyib: "Peşəkar olduğumdan bəri zədə üzündən heç bir oyun buraxmamışam. Bununla fəxr edirəm, çünki bədənimə çox yaxşı qulluq edirəm. İstirahətə, qidalanmaya və məşqlərə böyük əhəmiyyət verirəm, özümü oyunlarda ən yaxşısını vermək üçün ən yaxşı şəkildə hazırlayıram. Əlbəttə ki, hər şey bizim nəzarətimizdə deyil, zədələr yaşana bilər, lakin zədələrin qarşısını almaq və daha güclü olmaq üçün əlimdən gələni edirəm və etməyə davam edəcəyəm. Zədə üzündən oyun buraxmadan karyera davam etdirmək və komandaya hər zaman kömək edə bilmək gözəl bir vəziyyətdir. Bu il də fərqli olmasını istəmirəm. Hər oyuna, hər məşqə komandaya kömək etmək üçün hazır olmaq istəyirəm."
Qol sevincindən danışan 26 yaşlı futbolçu deyib: "Qol sevinciyimdə xüsusi bir məna yoxdur. Espinyoda, Portuqaliyanın dördüncü liqasında oynayarkən dostlarımla Tottenhem matçına baxarkən Bergveynin etdiyi qol sevincini gördüm və növbəti matçda qol atsam eynisini edəcəyimi dedim. O gündən bəri karyeram boyunca buna davam etdim və artıq bir növ imzam oldu. Fərqli bir qol sevinci etməyi də sevirəm. Burada da tez-tez təkrarlamaq istəyirəm."
Ritualından danışan yeni transfer Jota Silva deyib: "Bəzi batil inanclarım var. Karyeram boyunca etdiyim iki ritualım var. Birincisi, hər matç öncəsi isinmə məşqindən sonra ağ bir dəsmalın üzərinə rosario təsbehi qoyub nənəm üçün dua edər, məni və komanda yoldaşlarımı qorumasını diləyirəm. Yaxşı bir nəticə əldə etmək üçün Tanrıdan kömək istəyirəm. Həmçinin, sahəyə hər zaman sağ ayağımla çıxıram. Bu iki vərdiş matç günümün dəyişməzləridir."
"Düşünürəm ki, burada yaxşı vaxt keçirəcəyəm"
İstanbul haqqında da danışan Silva deyib: "Hər kəs bu şəhər haqqında gözəl şeylər danışır, ona görə də düşünürəm ki, meydandan kənarda da İstanbulun dadını çıxarıb burada yaxşı vaxt keçirəcəyəm."
Fərdi uğurdan daha çox komandanın uğurunu düşündüyünü bildirən Silva deyib: "İlk qolumu xəyal etsəm, yəqin ki, tuneldən çıxınca sol tərəfdəki qapıya bəlkə də bir ortayla gələn baş zərbəsi ilə olar. Bundan çox zövq alıram. Ən böyük hədəfim komandaya hədəflərinə çatmasında kömək etməkdir. Hər zaman fərdi uğurdan daha çox komandanı önə çəkirəm. Buradakı hər kəsin də eyni düşüncədə olduğunu görürəm. Heç şübhəsiz ki, Beşiktaşın bu mövsüm böyük işlər görməsinə, meydanda ən yaxşısını etməsinə töhfə vermək istəyirəm."
Jota Silva sözlərini bu ifadələrlə yekunlaşdırıb:
"Azarkeşlərə mesajım hər zamankı kimi, ancaq xüsusilə qeyd etmək istəyirəm ki, hər matçda, hər anda göstərdikləri həyəcanı davam etdirsinlər. Bizə verdikləri dəstəklə sanki meydanda bir nəfər artıq imiş kimi hiss etdirirlər. Bu dəstəyi meydanda hiss etmək üçün səbirsizliklə gözləyirəm.”
Oxucu Şərhləri
Şərh Yaz