Kenan Yıldızdan möhtəşəm performans
İtaliya Serie A-da yeni mövsümə start verildi. İlk həftənin oyununda Juventus öz meydanında Parma ilə qarşılaşıb. Görüş Juventusun 2-0 hesablı qələbəsi ilə başa çatıb. Türkiyəli futbolçu Kenan Yıldız start heyətində meydana çıxıb və komandasının vurduğu hər iki qolun ötürməsini verərək diqqət mərkəzinə düşüb.
Oyunun ilk hissəsində qol vurulmayıb. Juventusun ilk qolu 59-cu dəqiqədə Jonathan David tərəfindən vurulub. Sol cinahdan rəqiblərini keçərək cərimə meydançasına daxil olan Kenan Yıldızın ötürməsi ilə topu qəbul edən Jonathan David, dəqiq zərbə ilə topu qapıdan keçirərək Juventusu hesabda önə çıxarıb.
Juventusun oyunçusu Andrea Cambiaso 83-cü dəqiqədə qırmızı kart alaraq komandasını azlıqda qoyub. Lakin 84-cü dəqiqədə Kenan Yıldız yenidən fərqlənib. Bu dəfə o, Dusan Vlahovicin qoluna assist edərək komandasının qələbəsini təmin edib.
Görüşün ən yaxşı oyunçusu seçilən Kenan Yıldız 89-cu dəqiqədə əvəzlənib və yerini Weston Mckennieyə verib.
Arda Gülerdən açılış qoluna assist
İspaniya LaLiga-da Real Madrid səfərdə Real Oviedo ilə qarşılaşıb. Oyunu 3-0 hesabı ilə qazanan Real Madriddə Arda Güler start heyətində meydana çıxıb və komandasının ilk qolunun ötürməsini verib.
Sürətli hücum zamanı topu qabağında görən Arda Güler, cərimə meydançasına doğru hərəkət edən Kylian Mbappe'ni görüb. Fransalı ulduz futbolçu topu qəbul edən kimi dəqiq zərbə ilə topu qapıdan keçirərək Real Madridi hesabda önə çıxarıb.
Real Madridin digər qollarını isə 83-cü dəqiqədə yenə Kylian Mbappe və 90+3-cü dəqiqədə Vinicius Junior vurub.
Oyunda 74 dəqiqə qalan Arda Güler yerini Gonzaloya verib.
Oxucu Şərhləri
Şərh Yaz