İtaliyanın "Juventus" klubunun gənc istedadı Kenan Yıldız ilə yeni müqavilə imzalamaq danışıqları dalana dirənib. Perspektivli oyunçu ilə 2030-cu ilə qədər nəzərdə tutulan yeni sözləşmə, tərəflər arasında yaranmış fikir ayrılığı ucbatından hələlik təxirə salınıb. Klub rəhbərliyi və oyunçunun menecerləri arasında maliyyə məsələləri və müqavilənin bəzi detalları ilə bağlı razılıq əldə olunmayıb.
## Kenan Yıldız üçün təklif olunan məbləğ yetərsizdir?Bir neçə ay davam edən müzakirələrdən sonra "Juventus"un baş direktoru Damiyen Komolli və Kenan Yıldızın nümayəndələri sonuncu görüşdə danışıqları dayandırıblar. Hazırkı müqaviləsinə əsasən, Kenan Yıldız illik 1,7 milyon avro və bonuslar alır. Bu göstərici onu komandada maaş baxımından 19-cu pillədə qərarlaşdırır. Lakin bu rəqəm, onun meydandakı rolunu nəzərə alsaq, yetərsiz hesab edilir.
## Kenan Yıldızın istəyi nədir?Kenan Yıldız, komandada mühüm rol oynamasına baxmayaraq, aldığı maaşın bununla uyğun olmadığını düşünür. Onun gözləntisi komandanın ən çox qazanan oyunçusu Duşan Vlahoviçin illik 12 milyon avroluq maaşı deyil. Lakin yeni transfer Jonathan Davidin 6 milyon avroluq qazancına yaxın bir məbləğdir. Tərəflər arasında təxminən 1 milyon avro fərq yaranıb və bu, danışıqları çıxılmaz vəziyyətə salıb.
## Avropa nəhəngləri fürsəti gözləyirGələcəyi qeyri-müəyyən olan gənc oyunçu üçün Avropanın aparıcı klubları "pusquda" gözləyirlər. "Çelsi" ötən ilin iyul ayında ona görə 67 milyon avro təklif etmişdi. "Real Madrid" və "Arsenal"ın da 20 yaşlı oyunçunu yaxından izlədiyi məlumdur. 2022-ci ildə "Bavariya Münhen"dən "Juventus"a pulsuz transfer olunan Kenan Yıldızın bazar dəyərinin mümkün auksionda 100 milyon avronu keçə biləcəyi deyilir.

Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz