İdman 01.12.2025

Kadıköydə derbi 596 milyon avro dəyərində olacaq

Kadıköydə derbi 596 milyon avro dəyərində olacaq
Bu axşam FənərbaxçaQalatasaray komandaları arasında 404-cü görüş baş tutacaq. Hər mövsümün əvvəlində səbirsizliklə gözlədiyimiz bu tarixi qarşılaşma, komandaların indiyə qədərki ən möhtəşəm heyətləri ilə yadda qalacaq. Ümumi dəyəri 596 milyon avro olan Süper Liqanın ən parlaq ulduzları saat 20:00-da Kadıköy meydanında üz-üzə gələcək.

66 Həftə Sonra Liderlik Şansı

291 milyon avro dəyərində olan sarı-lacivərdlilərin heyətində Ederson, Asensio, Şkriniar, Duran, Alvarez, Taliska, Kərəm və Nene kimi diqqət çəkən adlar yer alır.

Qalatasarayın 305 milyon avroluq heyətində isə Osimhen, İkardi, Sane, İlkay, Davinson, Uğurcan və Barış Alper kimi oyunçular ön plandadır. Fənərbaxça bu oyunda qalib gələrsə, 66 həftə sonra liderlik taxtına əyləşəcək. Qalatasarayın qələbəsi isə xal fərqini 4-ə çatdıraraq, çempionluq yarışında əhəmiyyətli bir üstünlük qazandıracaq.

Qol Silahı Duran

Fənərbaxçanın baş məşqçisi kimi ilk dəfə Qalatasarayla qarşılaşacaq Domeniko Tedesko, qələbə planlarını Con Duran üzərində qurur. Ferentsvaroşa qarşı ilk on birə daxil etdiyi Ən Nəsiryini ehtiyat oyunçular skamyasına göndərəcək italiyalı mütəxəssis, Qalatasaray müdafiəsini kolumbiyalı ulduzu ilə zəiflədərək qol axtarışında olacaq. Həmçinin, Mərakeşli ulduzla birlikdə Anderson Taliskanı da oyunun gedişatına görə aktivləşdirməyi planlaşdırır. İsmail, Alvarez və Asensio üçlüyü ilə orta sahada tarazlığı təmin etməyi hədəfləyən Tedesko, cinahlarda Kərəm və Nenenin dinamizmi ilə rəqib müdafiəsini çətin vəziyyətə salmağı düşünür.

Son Çarə Davinson

Qalatasarayın başına keçdiyi gündən bəri Kadıköydə məğlubiyyəti olmayan (3 qələbə, 1 heç-heçə) Okan Buruk yenə də 3 xal hesabları aparır. Zədəli və cəzalı oyunçuların çoxluğu təcrübəli məşqçini çətin vəziyyətə salarkən, xüsusilə sağ cinahda böhran yaşanır. Sallai cəzalı, Kaan və Singo da zədəlidir. Buruk çarəni Davinsonu bu bölgəyə çəkməkdə tapıb. Müdafiənin mərkəzində Leminanı istifadə edəcək olan müvəffəqiyyətli mütəxəssis, məcburiyyətdən belə bir dəyişikliyə əl atıb.

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz