Kamçatka sakinləri internetsiz qalacaq: Dörd günlük fasilə gözlənilir
Rusiyanın Kamçatka yarımadasında yaşayan əhalini yaxın günlərdə ciddi rabitə çətinlikləri gözləyir. Məlumatlara görə, magistral kabel xəttində həyata keçiriləcək təmir işləri ilə əlaqədar regionda internetə giriş tamamilə dayandırılacaq.

Rəsmi açıqlamaya əsasən, internet kəsintisi avqustun 12-dən 16-dək davam edəcək. Bu müddət ərzində yarımada qlobal şəbəkədən tamamilə təcrid olunacaq.
Mütəxəssislər qeyd edirlər ki, regionda alternativ rabitə xəttinin mövcud olmaması vəziyyəti daha da mürəkkəbləşdirir. Belə bir xəttin çəkilməsi böyük maliyyə vəsaiti tələb etdiyi üçün layihənin icrasından imtina edilib.
İnternetin dörd gün müddətinə kəsilməsi yerli dövlət qurumları, bank sistemi və onlayn xidmətlərin fəaliyyətində ciddi problemlər yaradacaq. Yerli hakimiyyət orqanları vətəndaşları bu müddət ərzində yarana biləcək çətinliklərə qarşı hazırlıqlı olmağa çağırıb.
Kamçatka sakinləri bu qərarı narazılıqla qarşılayıblar, çünki müasir dünyada rəqəmsal xidmətlərdən kənar qalmaq həm iqtisadi, həm də sosial həyata mənfi təsir göstərir.


Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz