Gündəm 01.07.2025

Kartel dəhşəti: Başsız cəsədlər körpüdən asıldı

Kartel dəhşəti: Başsız cəsədlər körpüdən asıldı

Meksikanın Sinaloa əyalətində şok edici bir hadisə yaşanıb. Bir viyadüqün altından keçən avtomobillərdəki sərnişinlər, baryerlərdən sallanan başı kəsilmiş cəsədləri gördükdə dəhşətə qapılıblar. Bu vəhşiliklə kifayətlənməyən cinayətkarlar, digər cəsədləri viyadüqün altına, yolun ortasına ataraq sürücülərin hərəkətini tamamilə əngəlləyiblər. Hadisənin dəhşətli görüntüləri qısa zamanda sosial mediada yayılaraq geniş rezonans doğurub.

Sinaloa əyalət prokurorluğu, bu hadisə ilə bağlı açıqlama verərək, bölgədəki kartel müharibələrinin son 24 qurbanının parçalarını yoldan toplamaq məcburiyyətində qaldıqlarını bildirib. Yerli mətbuat orqanlarının verdiyi məlumata görə, başsız cəsədlərdən dördü körpüdən tərs şəkildə asılmışdı. Qalan 20 cəsəd isə yolun ətrafına səpələnmiş vəziyyətdə tapılıb. Ən dəhşətlisi odur ki, hadisə yerinin yaxınlığında aşkar edilən bir çantada beş bədbəxt qurbanın başları mövcud idi.

Bütün cəsədlərin üzərində tək və ya çoxlu sayda güllə izləri aşkar edilsə də, bu cür şiddət halları, təəssüf ki, Meksika xalqı üçün artıq adi bir mənzərəyə çevrilib. Bu cür qorxunc nümayişlərin bölgədə fəaliyyət göstərən narkotik kartelləri tərəfindən tez-tez tətbiq edildiyi və hədəf qruplara mesaj vermək məqsədi daşıdığı bilinir.

KARTELİN SON VƏHŞƏTLİYİ

Rəsmilər, cəsədlərin yanında kartel daxilindəki müəyyən bir fraksiyaya aid olduğu güman edilən yazılı bir qeyd tapıldığını da açıqlayıblar. Lakin bu qeydin məzmunu və kim tərəfindən buraxıldığı hələlik ictimaiyyətə açıqlanmayıb. İlkin ehtimala görə, bu qanlı cinayətlərin arxasında ölkənin ən qəddar və nüfuzlu təşkilatlarından biri olan Sinaloa kartelinin durduğu ehtimal edilir.

LİDERİN YOXLUĞU VƏ ŞİDDƏTİN TƏSLİMLƏŞMƏSİ

Sinaloa hökumətinin sözçüsü Feliciano Kastro, bu hücumu kəskin şəkildə qınayaraq, əyalətin təhlükəsizlik strategiyalarının təcili olaraq yenidən nəzərdən keçirilməsinin vacibliyini vurğulayıb. Kastro öz bəyanatında, “Ordu və polis qüvvələri Sinaloada sülhün və asayişin təmin edilməsi üçün birgə səylə çalışır,” deyə qeyd edib.

Eyalətdə son dövrlərdə artan şiddətin, təxminən bir il əvvəl kartelin qurucularından İsmail “El Mayo” Zambadanın ABŞ-a təhvil verilməsindən sonra yeni bir həddə çatdığı bildirilir. Məlumata görə, Zambada Meksikada Joaquin “El Çapo” Quzmanın oğulları tərəfindən qaçırılmış və xüsusi təyyarə ilə zorla ABŞ-a aparılmışdı. O tarixdən bəri, “El Mayo”ya sadiq qruplarla “Çapitos” kimi tanınan “El Çapo”nun oğullarına bağlı fraksiyalar arasında qanlı və amansız silahlı toqquşmalar getdikcə daha da gərginləşib.

24 saat