NBA Ulduzu Ben McLemorea Həbs Cəzası Gözlənilir: Təcavüz İttihamları Təsdiqləndi
Keçən mövsümü Türkiyənin "Merkezefendi" komandasında keçirən 32 yaşlı basketbolçu Ben McLemore ABŞ-da ağır cinayətlə ittiham olunaraq həbs təhlükəsi ilə üz-üzə qalıb. O, 3 oktyabr 2021-ci ildə Amerikadakı bir ziyafətdə 21 yaşlı qadına təcavüz etməkdə ittiham olunurdu.
Oreqon ştatının Klakamaz qraflığının andlılar heyəti tərəfindən birinci dərəcəli təcavüz və cinsi zorakılıqda təqsirli bilinən idmançı, ABŞ mediasında yer alan xəbərlərə görə, əvvəllər rədd etdiyi dörd ittihamdan üçünü qəbul edib. McLemore-un cəzası ilə bağlı qərarın 9 iyul tarixində açıqlanacağı bildirilir.
2013-cü il NBA Draftında "Sakramento Kinqs" tərəfindən yeddinci seçimlə sırasına qatılan McLemore, karyerası ərzində "Memfis Qrizlis", "Hyuston Rokets" və "Los-Anceles Leykers" kimi klublarda oynayıb. O, 2021-22 mövsümündə "Portlend Trel Bleyzers"də son NBA mövsümünü keçirib. "Merkezefendi"də çıxdığı 29 oyunda isə orta hesabla 12.3 xal, 3.1 ribaund və 1.8 asist statistikası ilə yadda qalıb.