Kim Çen In qızı ilə yeni silahları sınaqdan keçirdi: Beynəlxalq ictimaiyyət bu görüntüləri müzakirə edir
Kim Çen In və qızının - Şimali Koreya lideri Kim Çen In qızı Ju Ae ilə birlikdə yüngül silah-sursat istehsal edən bir zavodda olub. Bu səfər zamanı ata və qız yeni istehsal edilmiş tapançaları özləri sınaqdan keçiriblər.

Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) yaydığı kadrlarda Kim Çen In və onun 13 yaşlı varisi Ju Ae-nin atış meydançasında müxtəlif növ silahlardan atəş açdığı görünür. Onlar kameralar önündə poza verərək diqqəti özlərinə çəkiblər.
Ju Ae-nin ictimaiyyət qarşısına çıxması ilk dəfə deyil. O, artıq bir neçə dəfə atasının yanında hərbi mərasimlərdə və dövlət tədbirlərində görünərək, Şimali Koreyanın gələcək lideri ola biləcəyi ilə bağlı fərziyyələrə yol açıb.
Analitiklər Ju Ae-nin bu cür yüksək səviyyəli tədbirlərdə iştirakını Kim sülaləsinin davamlılığını vurğulamaq və gələcək nəsillərə bir mesaj çatdırmaq cəhdi kimi dəyərləndirirlər. Onun hərbi zavodda silah sınağında iştirakı isə rejimin hərbi qüvvəyə verdiyi əhəmiyyəti bir daha göstərir.
Bu görüntülər beynəlxalq ictimaiyyətdə geniş müzakirələrə səbəb olub. Bəzi mütəxəssislər Ju Ae-nin hərbi mühitdə tez-tez görünməsinin Şimali Koreyanın gələcək siyasətində hərbi faktorun daha da önəmli rol oynayacağına işarə etdiyini düşünürlər.
Kim Çen Inın qızı ilə birlikdə silah sınaqlarında iştirak etməsi, həm ölkə daxilində, həm də beynəlxalq arenada rejimin mesajlarını çatdırmaq üçün simvolik bir addım kimi qəbul edilir.


Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz