Kiyev yaxınlığındakı hərbi poliqona raket hücumu: 10 nəfər dünyasını dəyişib
Rusiya Silahlı Qüvvələri Kiyev vilayətindəki özəl hərbi poliqonu raket atəşinə tutub. İlkin məlumatlara əsasən, hücum nəticəsində 10 nəfər həlak olub, 100-ə yaxın şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisə baş verən zaman ərazidə pilotsuz uçuş aparatlarının (PUA) sərgisinin keçirildiyi və Ukraynanın hərbi-sənaye kompleksi təmsilçilərinin orada olduğu bildirilir. Zərbənin hərbi infrastruktura ciddi ziyan vurduğu qeyd olunur.
Yerli hakimiyyət və xilasedicilər hadisə yerində axtarış-xilasetmə tədbirlərini davam etdirirlər. Yaralılar təcili tibbi yardım vasitəsilə yaxınlıqdakı xəstəxanalara yerləşdirilib; onlardan bəzilərinin vəziyyətinin ağır olduğu vurğulanır.
Rusiya tərəfi bu hücumu hərbi hədəflərə qarşı atılmış addım kimi şərh edib. Ukrayna rəsmiləri isə insidentlə bağlı araşdırmalara başlayıb və vurulan obyektin statusu ilə bağlı təfərrüatları dəqiqləşdirirlər.


Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz