AKTRİSA SİTARE AKBAŞ NİŞANLANDI
“Akasya Durağı” serialında Zeyno obrazı ilə tamaşaçıların həyatına daxil olan, ardınca isə “Kızıl Goncalar” layihəsində ikinci dəfə məşhurluq qazanan aktrisa Sitare Akbaş, şəxsi həyatı ilə də diqqət mərkəzindədir. Uzun müddətdir aktyor Cengiz Orhonlu ilə münasibətdə olan cütlük, sürpriz qərarla nişanlanıb.
NİŞAN TƏRZİ BƏYƏNİLDİ
Bir müddət müğənni Murat Dalkılıçla qısa müddətli münasibət yaşayan aktrisa könlünü həmkarı Cengiz Orhonluya vermişdi. Uzun müddətdir davam edən dolu-dolu sevgi münasibətini nişan mərasimi ilə taclandıran cütlük özəl anlarından bir kadrı sosial media hesabında paylaşıb. Akbaşın nişan tərzi istifadəçilər tərəfindən böyük rəğbət qazanıb.
EVLİLİK TARİXİ DƏ BƏLLİ OLDU
Ailə arasında baş tutan mərasim maraq doğurarkən, cütlüyün 3 avqustda İstanbulda nikah masasına oturacağı məlum olub. Mərasimdə cütlüyün yaxın dostları iştirak edəcək. Aktyorluq sənətində uğurlu karyera quran aktyor Sitare Akbaşın nişanı medianın da diqqətini çəkib.