Şou 15.07.2025

Tanınmışlar sosial mediada atışdı

Tanınmışlar sosial mediada atışdı

Gülçin Ergül Hepsi qrupuyenidən birləşməsi planlaşdırılsa da, bu birlik qısa çəkdi və layihə başlamazdan əvvəl yollar yenidən ayrıldı.

"Biz hələ də eqo müharibələri..."

Bu ayrılıqdan sonra suların hələ də durulmadığı görünür. Belə ki, Yasemin Yürük sosial media hesabında Las Veqasda konsert verən əfsanəvi musiqi qrupu Backstreet Boys haqqında paylaşım edərək, keçmiş qrup yoldaşı Gülçin Ergülə eyham vurmuşdu.

Yürük paylaşımında bunları qeyd edib: "Off, inanılmazdır... Uşaqlığım yadıma düşdü. Orada olmaq istərdim. Onların yenə də dünya miqyasında böyük uğurları var idi. Onlar uğurludurlar. Açıq-aşkar eqo müharibəsinin olmadığını görürük... Yenidən birlikdədirlər. Biz isə hələ də eqo müharibələri... Təəssüf ki..."

Yasemin Yürükün bu paylaşımı sosial şəbəkələrdə gündəmə çevrilərkən, bir istifadəçi bunu müğənni Ergülə göndərdi. Ergül isə səssiz qalmadı və açıqlamaları ilə sanki odu daha da alovlandırdı.

"Mən ağılsız deyiləm!"

"Mən ağılsız deyiləm" sözləri ilə başlayan Gülçin Ergül, bu vəziyyətin eqo ilə deyil, özünə hörmətlə bağlı olduğunu müdafiə etdi. Ergül: “Mən ağılsız deyiləm; yaşayacaqlarımı bilə-bilə özümə haqsızlıq edə bilmərəm. Özümü qorumalıyam. Dəyərimin bilinmədiyi yerə özümü aparmamaq özünəqayğıdır, eqo deyil” deyərək Yürükün sözlərinə sərt cavab verdi.

Ergül həmçinin, bu söyləmlərin illərdir onun haqlı olduğunu ortaya qoyduğunu qeyd etdi və "Eqo hər kəsdə var, lakin tarazlıqda olmalıdır" ifadəsini işlətdi. Sonda Yürükün çıxışını "İstəyinə çatmadığı üçün ağlayan kiçik bir uşağın qəzəbi" kimi qiymətləndirdi.

İllər sonra yenidən görüşmə ehtimalı ilə ümidlənən pərəstişkarlar isə bu açıqlamalarla birlikdə yenidən birləşmə ümidini hələlik bir kənara qoymaq məcburiyyətində qaldılar.

24 saat