Halit Ergenç, Aslıhan Gürbüz, Nilperi Şahinkaya və Merve Dizdarın baş rolları ifa etdiyi televiziya serialı bir müddətdir ki, final qərarı ilə bağlı iddialarla gündəmdə idi.
Gülseren Budayıcıoğlunun eyniadlı əsərindən uyğunlaşdırılan bu ekran işində hekayədə edilən dəyişikliklər və ssenariyə yeni personajların əlavə olunması bu iddiaları daha da gücləndirmişdi.
"Kral Kaybederse" serialının finalı təsdiqləndi
İki həftə ərzində qeyri-müəyyən qalan və “Kral Kaybederse” adını daşıyan televiziya serialının final vəziyyəti nəhayət aydınlaşıb. Serialın son anonsunda "son üç bölüm" ifadəsinin yer alması ilə onun başa çatacağı izləyicilərlə rəsmi olaraq bölüşüldü.
Tamaşaçılardan final xəbərinə sərt reaksiya
Ekran işinin başa çatması xəbəri yayıldıqdan sonra, tamaşaçılar sosial media platforması X-də öz narazılıqlarını ifadə ediblər. İzləyicilər “Tək izlədiyim serial idi”, “Reytinqlər səbəbindən keyfiyyətli bir serial daha bitdi”, “Yazıq oldu” və “Gözəl mövzunu boşa verdilər” kimi şərhlərlə məyusluqlarını bölüşüblər.

Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz