Yunanıstanın Girit adasında yerləşən Suda bazası son aylarda ABŞ tərəfindən quru, hava və dənizdən ibarət güclü bir müdafiə qalasına çevrilib. İranın İsrailə atdığı ballistik raketlərə qarşı vəzifə yerinə yetirən Arleigh Burke sinfinə aid freqatlar, kiçik hərbi gəmilər, sualtı qayıqlar, həmçinin yanacaq daşıyan C-17 və C-130 təyyarələri kimi çoxsaylı hərbi vasitələr Suda bazasının liman və aerodromunda yerləşdirilib.
HƏDƏF TÜRKİYƏDƏNMİ?
Suda’ya yerləşdirilən müdafiə sistemləri arasında Patriot tipli hava hücumundan müdafiə raketləri ilə yanaşı, ABŞ-ın öz ölkəsindən və Avropadan gətirdiyi pilotsuz uçuş aparatlarına (PUA) qarşı istifadə olunan M-LIDS sistemi də daxildir.
M-LIDS, elektron müharibə imkanları sayəsində PUA sistemlərini qarışdıra bilir, ehtiyac yarandıqda isə 30 millimetrlik topu ilə hədəfləri məhv etmək gücünə malikdir.
Türkiyənin PUA proqramını böyük bir təhdid kimi qəbul edən Yunanıstan üçün Girit adasında belə bir hava hücumundan müdafiə sisteminin yerləşdirilməsi diqqətdən yayınmayıb.
GİRİTDƏKİ POLAD SƏDD
Yunanıstanda əsl polad səddə çevrilən Suda bazasına, həmçinin AN/TWQ-1 Avenger hava hücumundan müdafiə sistemi də sevk edilib.
Bu sistemlər, ABŞ Quru Qoşunlarına aid 4-cü Hava Hücumundan Müdafiə Alayının tərkib hissəsi olub, dünyadakı bir çox ABŞ əməliyyatında iştirak edib.
Ötən həftə sonu ABŞ Avropa-Afrika Dəniz Qüvvələri və 6-cı Donanmanın zabitləri ilə birlikdə bölgəyə gələn general Den Keyn də Suda bazasını ziyarət edib.
Ziyarət zamanı limanda lövbər salmış USS Thomas Hudner hərbi gəmisi, İsrailə yönəlmiş raket hücumlarına qarşı hava hücumundan müdafiəni dəstəkləmək məqsədi ilə bölgəyə göndərilən beş Arleigh Burke sinfinə aid freqatdan biri idi.