Dünya 17.07.2025

Kritik hərbi hazırlıq: Almaniyanın gizli xəstəxana planı üzə çıxdı

Kritik hərbi hazırlıq: Almaniyanın gizli xəstəxana planı üzə çıxdı
Berlin Senatı tərəfindən hazırlanan və hərbi xəstəxana ilə paytaxtdakı digər 12 xəstəxananın əməkdaşlığı çərçivəsində həyata keçirilən araşdırma zamanı, milyonlarla insanın yaşadığı meqapolisdə hərbi hücum, toqquşmalar və infrastrukturun çöküşü kimi ən pis ssenarilər nəzərə alınıb.

Gizli Saxlanan Plan

İki illik tədqiqatın nəticəsi olan “Mülki Müdafiə Xəstəxanaları” başlıqlı çərçivə planı xəstəxana rəhbərliklərinə təqdim edilib. Planın tam mətni təhlükəsizlik səbəbilə məxfi saxlanılıb. Senatdan verilən açıqlamada, planın böhran anlarında xəstəxana xidmətlərinin və təchizat zəncirlərinin necə davam etdirilə biləcəyi, yaralıların necə təxliyə və müalicə ediləcəyi kimi kritik suallara cavab axtardığı vurğulanıb.

Yenilənmiş Təhlükəsizlik Anlayışı

Berlin Əyalət Səhiyyə Senatoru İna Çiborra mövcud fövqəladə vəziyyət və fəlakətə müdaxilə sistemlərinin güclü olduğunu qeyd edib, lakin "Dəyişən təhlükəsizlik mühiti səbəbilə mülki müdafiə potensialımızı əvvəlki illərə nisbətən daha da genişləndirməliyik" ifadələrini işlədib. Çiborra bu hazırlıqların təkcə böhran anlarında deyil, sülh dövründə də təhlükəsizlik təmin edəcəyini bildirib.

Artan Təhdidin Sifəti

Tədqiqatın fonunda Rusiyanın 2014-cü ildə Krımı ilhaq etməsi ilə başlayan və 2022-ci ildə Ukraynaya qarşı genişmiqyaslı əməliyyatı ilə dərinləşən təhlükəsizlik narahatlıqları durur. Almaniya hökuməti bu proseslə birlikdə uzun illər əhəmiyyət verilməyən mülki müdafiə sistemini yenidən gündəmə gətirib. Hazırlanan informasiya bülletenində "2022-ci ildə başlayan müharibə ilə birlikdə Almaniyanın təhdid vəziyyəti köklü şəkildə dəyişib" deyilir.

Ən Pis Ssenarilər və Hazırlıq

Hazırlanan plana görə, ən pis ssenarilər arasında artan xəstə sayı, çökən səhiyyə infrastrukturu və resurs çatışmazlığı nəticəsində paytaxtın tamamilə təxliyəsi kimi fövqəladə hallar yer alır. Berlin Xəstəxanalar Birliyinin baş direktoru Mark Şrayner müntəzəm keçirilən təlimlərlə xəstəxanaların ümumi fövqəladə hallara hazır olduğunu, lakin planın hibrid təhdidlər və birbaşa hərbi toqquşmalar kimi xüsusi böhranlara qarşı daha çox tədbir görülməsinin lazım olduğunu göstərdiyini bildirib. Şrayner səhiyyə infrastrukturunu böhranlara qarşı daha davamlı etməli olduqlarını qeyd edib.

24 saat