1912-ci il aprelin 14-də Atlantik Okeanında batan, dövrünün ən böyük sərnişin gəmisi olan
Titanikin faciəvi hekayəsi ekranlara gətirilmiş, 2 milyard 264 milyon dollarlıq kassa gəliri ilə dünya kinematoqrafiyasının ən böyük uğurlarından biri olmuşdu. Bu
filmlə Leonardo DiKaprio və Keyt Vinslet qlobal şöhrət qazanmışdılar.
Aksent Problem Yaratdı
Lakin DiKaprio`nun
Titanikdə rol alması Metyu MakKonaqinin aksenti ilə bağlı bir detallar sayəsində mümkün olub. Filmin rejissoru Ceyms Kameron rol üçün əvvəlcə Metyu MakKonaqi ilə sınaq çəkilişi keçirib. Lakin MakKonaqinin cənub aksentinin qabarıq olması Kameronun gözləntilərini ödəməyib. Rejissor Kameron bu sınaqdan sonra "İndi başqa bir şey sınayaq" deyərək fərqli aktyorlara üz tutub. MakKonaqi isə vəziyyəti "Xeyr, bu, kifayət qədər yaxşı idi. Təşəkkür edirəm" deyərək qarşılayıb. Bundan sonra ikinci sınaq çəkilişi Leonardo DiKaprio ilə həyata keçirilib. Kameron bu performansdan sonra "Jack Dawsonu tapdıq" deyərək qərarını verib.
Yeni Detallar Kitabda Açıqlandı
Bütün bu təfərrüatlar, keçən il vəfat edən filmin prodüseri Con Landaunun yaxın zamanda nəşr olunacaq xatirə kitabında yer alıb. Landaunun ailəsi tərəfindən tərtib edilən kitabda
Titanik ilə bağlı bir çox bilinməyən məlumat ictimaiyyətlə paylaşılacaq.
MakKonaqinin Şəxsi Açıqlaması
Metyu MakKonaqi daha əvvəl verdiyi bir müsahibədə
Cek Douson seçimləri barədə bunları söyləmişdi: "Keyt Vinsletlə birlikdə sınaq oxusu etdim. Bu, onun üçün seçim deyildi, çünki rolunu artıq almışdı. Bu daha çox bir ekran sınağına bənzəyirdi. Çıxarkən məni qapıya qədər yola saldılar, 'Əla keçdi' dedilər və qucaqlaşdıq. Həqiqətən olacağını düşünürdüm, lakin baş tutmadı."
Bu gün kino tarixinin ən ikonik personajlarından birinə çevrilən
Cek Douson rolu, görünüşə görə, bir aksent fərqi ilə DiKaprio`nun karyerasını formalaşdırmış oldu.
24 saat
Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz