"Admiral Kuznetsov" Təyyarədaşıyanının Taliyi Aydnılaşır
Sovet İttifaqının Rusiya Hərbi Dəniz Qüvvələrinə ən böyük miraslarından biri olan Admiral Kuznetsov təyyarədaşıyanının gələcək taleyi uzun müddətdir ki, maraq doğurur. Rus mətbuatında yer alan iddialara görə, 2017-ci ildə təmir və modernizasiya işləri üçün xidmətdən çıxarılaraq quru doka yerləşdirilən gəmi daimi olaraq istismardan çıxarıla bilər. Rusiya Hərbi Dəniz Qüvvələrinin ölkənin şimal-qərbindəki Murmanskda yerləşən Zvyozdoçka tərsanəsində olan gəmiyə marağının azaldığı məlum idi. Tərsanədə olduğu müddətdə baş verən yanğınlar və qəzalar gəminin təmir işləri ilə bağlı planlaşdırmanı böyük ölçüdə pozdu. Sonrakı araşdırmalar nəticəsində əldə edilən peyk görüntülərində gəmi üzərindəki işlərin tamamilə dayandığı müşahidə olunmuşdu. “İzvestiya” qəzetində adı açıqlanmayan məlumatlı mənbələrə istinadən verilən xəbərə görə, Rusiya Hərbi Dəniz Qüvvələri və təmir-bərpa işlərinə cavabdeh olan şirkət "Admiral Kuznetsov"un taleyi barədə yekun qərar verməyə hazırlaşır. Bu qərarın gəmini daimi olaraq xidmətdən çıxarmaq istiqamətində olduğu iddia edilir.
"Admiral Kuznetsov" 2017-ci ildə Suriyadakı Rus qüvvələrinə dəstək verdiyi bir missiyadan sonra təmir və bərpa işləri üçün xidmətdən çıxarılmışdı. Təyyarədaşıyanın Pantsir-M daxil olmaqla yeni hava hücumundan müdafiə sistemləri və müasir avadanlıqlarla təchiz edilərək 2022-ci ildə xidmətə qayıtması planlaşdırılırdı. Lakin baş verən aksaklıqlar bunun qarşısını aldı. Təmir işlərinin başlanğıcından bəri, ölümlə nəticələnən ən azı iki qəza baş verdi. 2018-ci il oktyabrın 30-da bir kran təyyarədaşıyanın göyərtəsinə düşərək bir nəfərin ölümünə səbəb oldu. 2019-cu il dekabrın 12-də gəmidə yanğın çıxdı. Yanğında iki nəfər həyatını itirdi.
"Rusiya Hərbi Dəniz Qüvvələri"nə Təyyarədaşıyan Lazımdırmı?
Rusiyanın hazırda malik olduğu yeganə təyyarədaşıyan olan Admiral Kuznetsovun xidmətdən çıxarılması Rusiya Hərbi Dəniz Qüvvələrində xidmət edən yüksək rütbəli rəsmilər tərəfindən də dəstəklənir. Rusiyanın Sakit Okean Donanmasının keçmiş komandanı admiral Sergey Avakyants "İzvestiya"ya verdiyi açıqlamada, Rus donanmasının uzunmüddətli perspektivdə klassik təyyarədaşıyanlara ehtiyacının olmadığını bildirdi. Təyyarədaşıyanları "keçmişin qalığı" adlandıran Avakyants, onların müasir silahlarla bir neçə dəqiqə ərzində məhv edilə biləcəyini qeyd etdi. Avakyants, "Bunlar çox bahalı və təsirsiz dəniz silahlarıdır. Gələcək robot sistemlərin və pilotsuz uçuş aparatları (PUA) daşıyıcılarının olacaq. Əgər təmir işlərinə davam etməmək qərarı verilərsə, geriyə qalan tək şey "Admiral Kuznetsov"u götürüb metal qırıntısına çevirib utilizasiya etməkdir" dedi.
"Kuznetsov" yaşlandıqca, təmir işlərinə davam etməyin faydası getdikcə daha çox şübhə altına düşür. Enerji bloku və elektron avadanlıqlarında təkmilləşdirmələr də daxil olmaqla, təmir təyyarədaşıyanı ehtimal ki, on il və ya daha uzun müddət xidmətdə saxlamağı nəzərdə tuturdu, lakin təmir müddətinin uzanması xərclərin daha da artmasına səbəb olarkən, gəmidə istifadə ediləcək sistemlərin də aktuallığını itirməsinə gətirib çıxardı.
Ekipaj Dağıldı, Təcrübə Azaldı
"Admiral Kuznetsov" təyyarədaşıyanının 2023-cü ilin fevralında quru dokdan ayrılması ilə bağlı xəbərlər gündəmə gəlmişdi. Lakin cəmi iki ay sonra, təyyarədaşıyanın ekipajının dağıdılması səbəbindən gəmidə aksaklıqların davam etdiyi ortaya çıxdı. Ekipajın dağıdılması, gəminin tam əməliyyat qabiliyyətinə malik olmasının qarşısını alan başqa bir səbəb oldu. Gəmidə xidmət edəcək ekipajın təlimi olduqca uzun və çətin bir proses idi. Rusiyanın hazırda Ukrayna ilə müharibə vəziyyətində olması bu vəziyyəti daha da çətinləşdirdi.
Bununla belə, Rusiya Hərbi Dəniz Qüvvələrinin təyyarədaşıyanlarında istifadə etdiyi Su-33 və MiG-29KR qırıcıları hələ də quru bazalardan uçuşları davam etdirsə də, uçuş heyətlərinin təyyarədaşıyandan uçuş əməliyyatları həyata keçirməsindən çox uzun bir zaman keçib və mövcud təcrübə böyük ölçüdə itirilmişdir. Pilotların təyyarədaşıyan əməliyyatları üçün yenidən ixtisaslaşmaları mümkün olsa da, Su-33 kimi təyyarələr köhnəlib və Rusiyanın bu sahədə yeni bir təyyarə hazırlamadığı məlumdur.
"Admiral Kuznetsov"un Qardaş Gəmisi: Varyaqın Taleyi
Rusiyanın əlindəki yeganə təyyarədaşıyan olan "Admiral Kuznetsov"un qardaşı "Varyaq", Ukraynada təyyarədaşıyan kimi tikilməyə başlanmış və inşaat işləri 70 faiz nisbətində tamamlanmışdı. Sovet İttifaqının dağılmasından sonra Ukrayna və Rusiya arasında bağlanan müqavilə ilə Ukraynaya buraxılan gəmi, bu vəziyyətdə satışa çıxarıldıqda Çinli bir şirkət tərəfindən 20 milyon dollara satın alındı. Gəminin turizm fəaliyyətləri çərçivəsində istifadə olunacağı və kazino yaradılacağı bildirilirdi və Çinə aparılması üçün boğazlardan keçməsi tələb olunurdu. Türkiyə ilk mərhələdə bu keçidə icazə verməsə də, Çinlə aparılan danışıqlardan sonra əldə edilən razılaşma ilə 2001-ci ilin noyabrında 4.5 saat davam edən bir səyahətdən sonra Boğazdan keçdi. Çində uzun sürən bir yenilənmə prosesindən keçən "Varyaq", 2011-ci ildə əməliyyat təyyarədaşıyanına çevrildi və adı "Liaoninq" olaraq dəyişdirilərək Çinin ilk 24 saat