İdman 03.08.2025

Latsio matçında heyətə daxil edilmədi, İspaniyaya transfer olur

Latsio matçında heyətə daxil edilmədi, İspaniyaya transfer olur

Berkan Kutlu İspaniya yolunda

Türkiyə Super Liqasında yeni mövsümün başlanmasına az qalıb. "Qalatasaray" hazırlıq matçında "Latsio" ilə qarşılaşıb.

Oyun 2-2 hesabı ilə başa çatıb. Matçın heyətində yer almayan milli futbolçunun transfer olunacağı məlum olub.

Satın alma opsionu ilə icarə

İspaniyanın "Dario AS" nəşrinin məlumatına görə, Berkan Kutlu La Liqaya gedir. Xəbərdə La Liqa komandası "Espanyol"un Berkan Kutlu üçün "Qalatasaray"a satın alma opsionu ilə icarə təklifi etdiyi bildirilir.

Transfer baş tutsa və "Espanyol" milli futbolçunun transfer hüququnu əldə etsə, müqavilədə sonrakı satışdan 20 faiz pay da olacaq. Həmçinin, Berkan Kutlunun İspaniya komandasında oynamaq istədiyi və transfer danışıqları səbəbindən "Latsio" matçının heyətində yer almadığı qeyd olunur.

27 yaşlı oyunçu 2021-22-ci il mövsümünün əvvəlində "Alanyaspor"dan 4 milyon avroya "Qalatasaray"a transfer olunmuşdu.

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz