Leroy Sane "ən yaxşı azarkeş" sözləri ilə yeni səhifə açır
Qalatasaray-ın yeni transferi Leroy Sane İstanbulda yeni səyahətinə rəsmən başlayıb. Almaniyalı ulduz futbolçu, sarı-qırmızılı komandanın "Latsio" ilə oynadığı hazırlıq matçı öncəsində azarkeşlərin böyük coşğusu ilə "Əli Sami Yen" idman kompleksində təqdim olunub. Sane, yeni transfer Viktor Osimhen ilə birlikdə tribunları salamlayıb. Stadion dinamiklərindən səsləndirilən Bobbi Hebbinin məşhur "Sunny" mahnısının müasir versiyası ilə meydana çıxıb.
"Ən Yaxşı Azarkeşlər Burdadır"
Meydanda mikrofonu əlinə alan ulduz futbolçu, "Burada olmaqdan çox xoşbəxtəm. Bu axşam oynamaqdan da həyəcan duyuram. Əsas isə bu mövsüm boyunca bu möhtəşəm azarkeşlərin, dünyanın ən yaxşılarının önündə meydana çıxmaq üçün səbirsizlənirəm" sözləri ilə tribunlardan alqış alıb.
Bild-də yayımlanan xəbərə görə, bu sözlər keçmiş klubu "Bayern Münhen" azarkeşləri üçün xoş sürpriz olmayıb. Belə ki, Sane beş mövsüm formasını geyindiyi Bavariya klubunda zaman-zaman tənqid olunsa da, böyük dəstək görüb. İndi isə İstanbulda "ən yaxşı azarkeş" ifadəsini işlətməsi, Münhendə bəzi pərəstişkarlarını məyus edib.
Sosial Mediada "Bayern"i Təqibdən Çıxardı
Sane-nin keçmişi ilə əlaqələrini kəsdiyinə dair diqqət çəkən başqa bir detal isə sosial mediadan gəlib. Almaniyalı oyunçunun "Instagram"da artıq "Bayern Münhen"i təqib etmədiyi müşahidə olunub. Lakin keçmiş klubları "Manchester Siti" və "Şalke 04"-ü təqib etməkdə davam edir. Bu seçim, Sane-nin "Bayern" dövrünə emosional nöqtə qoymasının işarəsi kimi şərh olunub.
Yeni Bir Səhifə Açıb
Yay transfer dövründə "Bayern Münhen"dən azad agent kimi ayrılan Leroy Sane, Qalatasaray ilə 2028-ci ilə qədər müqavilə imzalayıb. Həm azarkeşlərin sevgisini qazanmaq, həm də karyerasında yeni bir səhifə açmaq istəyən ulduz oyunçunun Türkiyə sərgüzəşti böyük maraqla izlənilir.
Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz