Galatasaraydan Ademola Lookman sürprizi
Sezonun əvvəlində Atalanta klubunun 60 milyon avro tələb etməsi səbəbindən transfer dayandırılmışdı. Lakin, Nigeriyalı ulduzun müsbət cavabından sonra Galatasaray yenidən hərəkətə keçdi. İddialara görə, Lookman Galatasarayın təklifinə razılıq verib və klubların razılaşmasını gözləyir.
Transferdə son mərhələ: Osimhendən sonra 2-ci ən bahalı oyunçu olacaq
Galatasarayın yanvar ayında Atalanta ilə danışıqlara başlayacağı gözlənilir. Bu transfer üçün 40 milyon avro büdcə ayrıldığı bildirilir. Əgər transfer bu məbləğə baş tutarsa, Lookman Osimhendən sonra Süper Liqa tarixində ən yüksək məbləğə transfer olunan ikinci futbolçu olacaq.
Ademola Lookmanın karyerası
Lookman, Atalanta forması ilə ümumilikdə 128 oyuna çıxıb. Transfer dəyəri 40 milyon avro olaraq göstərilən 28 yaşlı Nigeriyalı ulduz, bu matçlarda 53 qol və 25 asistlə yadda qalıb. Lookmanın Atalanta ilə 2027-ci ilə qədər müqaviləsi var.

Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz