Soytürk, 2018-ci ildə "Şahsiyet" serialı ilə
aktyorluq dünyasına qədəm qoydu. "Gülperi", "Benim Adım Melek" və xüsusilə "Duy Beni" layihələri ilə geniş pərəstişkar kütləsi qazandı. Lakin
sosial media istifadəçilərinin onun üz görünüşü ilə bağlı şərhləri gənc ulduzun səbrini tükəndirdi.
'ARTIQ HƏDİ KƏSMİSİNİZ!'
"Instagram" hesabından izləyicilərinə müraciət edən 26 yaşlı aktrisa, "Bu dodağıma dolğu, qırışlarıma baxmayaraq botoks və s. deyirsiniz! Dərimə yaxşı baxıram, amma razılaşa bilmirik, siz artıq həddi kəsmisiniz!" sözləri ilə narazılığını ifadə etdi.
Soytürk paylaşımında makiyaj, effekt və genetikanın insan görünüşünə təsirini vurğuladı: "
Makiyaj fərq yaradır, fotoşop dəyişir, yaş təsir edir, effekt fərqləndirir. Genetik faktor əhəmiyyətlidir! Videoda da nəyin nə olduğunu anlamamağınız mümkün deyil. Üzümü rahat buraxın, ilişib qalmısınız, həyatda, mənim həyatımda bundan başqa heç nə yoxdur!"
'DODAQLARIMIZ AİLƏMİZDƏ BELƏDİR'
Daha əvvəl verdiyi müsahibələrdən birində də oxşar iddialara aydınlıq gətirən Soytürk, dodaqlarının formasının ailəvi bir xüsusiyyət olduğunu bildirmişdi. "Burnumda sümük olduğuna görə əməliyyat keçirdim. Gözümdə, yanağımda və ya dodağımda heç bir estetik müdaxilə yoxdur. Onsuz da dodaqlarımız ailəmizdə belədir" deyə o əlavə etmişdi.
24 saat
Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz