Şou 09.08.2025

Məşhur aktyor tanınmaz dərəcədə dəyişib

Məşhur aktyor tanınmaz dərəcədə dəyişib

"ADANALI"NIN PINARI: TANINMAZ DƏYİŞİM VƏ YENİ HƏYAT

Türkiyə televiziya tarixinin unudulmaz seriallarından biri olan Adanalı, illər sonra aktyor heyətinin yaşadığı dəyişikliklərlə yenidən gündəmə gəlməyə başlayıb. Bu dəyişimlərdən ən diqqətçəkəni isə "Pınar" obrazına həyat verən Tuğçe Özbudakın heyrətamiz transformasiyasıdır. Gözəl aktrisanın əvvəlki görünüşündən, demək olar ki, əsər-əlamət qalmayıb. Etədiyi saysız-hesabsız estetik əməliyyatlar nəticəsində tamam başqa birinə çevrilən Özbudak, eyni zamanda aktyorluq karyerasına da son qoyaraq fərqli bir peşəyə qədəm basıb.

Oktay Kaynarca, Mehmet Akif Ersoy, Serenay Sarıkaya və Selin Demiratarlı baş rollarda çəkildiyi Adanalı serialında Pınar obrazı öz rəngarəngliyi və dinamikliyi ilə tamaşaçıların böyük marağına səbəb olmuşdu. İllər keçdikdən sonra aktrisanın sosial mediadakı son görünüşü geniş müzakirələrə səbəb olub. Bir çoxları onu çətinliklə tanıyıb və bu dəyişimə təəccüblərini gizlədə bilməyiblər.

GÖRÜNÜŞÜ VƏ KARYERASI DƏYİŞƏN TUĞÇE ÖZBUDAK

Özbudakın özünü və həyatını necə dəyişdiyinə dair açıqlamaları da diqqət çəkib. O, yaşadığı dəyişimlə bağlı verilən suallara cavab olaraq: "Heç nə etdirməsəydim də, onsuz da dəyişəcəkdim" – deyə bildirib. Aktrisa estetik müdaxilələri heç vaxt gizlətmədiyini vurğulayıb. Onun sözlərinə görə, burun, dodaq və çənə nahiyəsində estetik əməliyyatlar etdirib, həmçinin mütəmadi olaraq botoks prosedurlarından istifadə edir. Bütün bu müdaxilələr nəticəsində serialın sevimli Pınarının indiki görünüşü ilə keçmiş görünüşü arasında böyük fərq yaranıb və onu indilərdə tanıyanların sayı olduqca azdır.

AKTYORLUQDAN DAŞINMAZ ƏMLAK BİZNESİNƏ

Yalnız xarici görünüşünü deyil, həyat yolunu da tamamilə dəyişdirən Özbudak, aktyorluq sənətindən uzaqlaşaraq daşınmaz əmlak alqı-satqısı biznesinə qədəm qoyub. Bu addım da onun pərəstişkarları arasında böyük marağa səbəb olub.

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz