Şou 03.08.2025

Məşhur müğənni şiddətli ağrılarla xəstəxanaya yerləşdirildi

Məşhur müğənni şiddətli ağrılarla xəstəxanaya yerləşdirildi

Tanınmış müğənni Jessie J döş xərçəngi əməliyyatından altı həftə sonra ortaya çıxan yeni səhhət problemləri səbəbindən yenidən xəstəxanaya yerləşdirilib. 37 yaşlı sənətçi hələ iyun ayında keçirdiyi cərrahi əməliyyatdan sonra sağalma mərhələsində olduğunu və xərçəngin həkimlər tərəfindən “erkən” mərhələdə aşkarlandığını açıqlamışdı.

Lakin müğənni, bu dəfə İnstaqram hekayələrində etdiyi paylaşımda vəziyyətinin pisləşdiyini və ağciyərlərində maye toplanması, eləcə də infeksiya səbəbindən xəstəxanaya düşdüyünü bildirib. Xəstəxana yatağından çəkdiyi fotoşəkil və əlindəki serum kanülü ilə birlikdə, Jessie J əməliyyatdan sonrakı sağalma dövrünün “psixoloji cəhətdən ən çətin zaman” olduğunu vurğulayıb.

Ağciyərlərində maye və infeksiya: Müğənninin vəziyyəti

Şərhində “Son 24 saatımı necə keçirdim?” deyə sual edən sənətçi əlavə edib: “Cərrahiyyədən altı həftə sonra yenə də eyni xəstəxana otağında idim. Bu tamamilə gözlənilməz bir vəziyyət idi. Əvvəlcə ağciyərimdə qan laxtası ola biləcəyini düşündürən simptomlarım vardı. Şükürlər olsun ki, xoşbəxtlikdən laxta aşkar edilməyib. Testlərin nəticəsində isə məndə ciddi bir infeksiya olduğu və ağciyərlərimdə həddindən artıq maye yığıldığı məlum oldu.”

Nəfəs almaqda çətinlik çəkdiyini qeyd edən müğənni, bir gecəlik müalicədən sonra evə buraxıldığını və sağalma müddətində müayinələrini ambulator şəraitdə davam etdirəcəyini bildirib. O, tezliklə tam sağalacağına ümid etdiyini vurğulayıb.

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz