Şou 29.06.2025

Məşhur cütlük 18 illik münasibətinə son verdi

Məşhur cütlük 18 illik münasibətinə son verdi
Marion Cotillard və Guillaume Canet cütlüyü ayrılıq qərarını qarşılıqlı razılaşma əsasında aldığını bildirib. Onların açıqlamasında bu qərarın xoşməramlılıq çərçivəsində verildiyi qeyd olunub. 49 yaşlı Marion Cotillard və 52 yaşlı Guillaume Canet, iki övladının valideynləri olaraq bu qərarı ictimaiyyətlə bölüşməklə spekulyasiyaların, şayiələrin və yanlış şərhlərin qarşısını almağı hədəflədiklərini ifadə ediblər.

AKTYOR KARYERALARINDA BİRGƏ LAYİHƏLƏR

Oskar mükafatı laureatı Marion Cotillard və Fransız kinosunun ən tələb olunan aktyorlarından biri, eyni zamanda rejissor kimi də fəaliyyət göstərən Guillaume Canet karyeraları boyu tez-tez birgə çalışmışdılar. Cotillard, Canet’nin rejissoru olduğu “Les Petits Mouchoirs” (2010 – Kiçik Ağ Yalanlar) və “Astérix et Obélix: L'Empire du Milieu” (2023 – Asteriks və Obeliks: Orta Krallıq) filmlərində rol almışdı.

Həyatda olduğu kimi, kinoda da cütlük kimi kamera qarşısına keçən Cotillard və Canet, 2017-ci ildə ekranlara çıxan və rejissorluğunu Guillaume Canet'nin etdiyi “Rock N'Roll” filmində də ər-arvad personajlarını canlandırmışdılar.

AYRILIĞA BAXMAYARAQ YENİ İŞBİRLİYİ

Cütlük, ayrılıq qərarına baxmayaraq, birlikdə daha bir layihədə yer almağa hazırlaşır. Guillaume Canet bir neçə həftə əvvəl çəkilişlərini başa vurduğunu açıqladığı “Karma” adlı triller filmi üçün hazırlıqlarını davam etdirir.

Cotillard və Canet, daha əvvəl də media suallarına cavab olaraq cütlük kimi bəyanatlar vermiş, lakin şəxsi həyatlarının və övladlarının məxfiliyinin qorunmasını tələb etmişdilər. Cütlüyün övladları indiyə qədər ictimaiyyət qarşısına nadir hallarda çıxıblar.

24 saat