Maraqlı 01.12.2025

Məhkəmə "Anqarsk manyakı" Popkovu daha iki qətldə təqsirli saydı

Məhkəmə "Anqarsk manyakı" Popkovu daha iki qətldə təqsirli saydı

Anqarsk manyakı Mixail Popkova yeni hökm: Ömürlük həbs

İrkutsk vilayətinin Anqarsk Şəhər Məhkəməsi "Anqarsk manyakı" kimi tanınan 61 yaşlı Mixail Popkovu daha iki qadının qətlində təqsirli bilib. Region prokurorluğunun 1 dekabr tarixində verdiyi məlumata görə, məhkəmə bu barədə qərar çıxarıb.

Dövlət ittihamçısının mövqeyi nəzərə alınaraq, məhkəmə təqsirləndirilən şəxsi yeni cinayətlərə görə 10 il azadlıqdan məhrumetmə cəzasına məhkum edib. Əvvəlki hökmlərlə birlikdə ona ümumilikdə xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkilməklə ömürlük azadlıqdan məhrumetmə cəzası təyin olunub.

Popkov törətdiyi əməlləri etiraf edərək tövbə ərizəsi yazıb. İstintaq Komitəsi bildirib ki, o, iki şəxsin qətlində (Cinayət Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsinin "a" bəndi) təqsirli bilinir.

İstintaq və məhkəmənin müəyyən etdiyinə görə, 2008-ci ilin avqustunda Mixail Popkov Anqarskda Moskva magistralı üzərində avtomobilinin deşilmiş təkərini dəyişmək üçün dayanıb. Həmin yerdə o, əvvəllər tanımadığı iki 27 yaşlı qadınla qarşılaşıb. Tanışlıq zamanı onların arasında mübahisə yaranıb.

Münaqişə qızışdıqda, qadınlardan biri avtomobilin salonunda olarkən, manyak küçədəki rəfiqəsinin boğazına ip dolayıb və onu boğmağa başlayıb. Həmin qadının həyat əlamətləri göstərmədiyindən əmin olduqdan sonra təqsirləndirilən şəxs avtomobilə qayıdıb, ikinci qurbanı ordan çıxararaq eyni üsulla onu da qətlə yetirib.

Regional İstintaq Komitəsinin məlumatına görə, beləliklə, "Anqarsk manyakı"nın qurbanlarının sayı 91 nəfərə çatıb. Onlardan 90-ı qadın, biri isə kişi olub. Bundan əlavə, o, üç qadının həyatına qəsd edib. Popkov 1992-ci ildən 2010-cu ilə qədər İrkutsk vilayəti ərazisində bu cinayətləri törədib.

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz