Məşhur deyim gerçək oldu: Qızıl tabutla dəfn
🎧 Audio: Bu yazı üçün səsli versiya hələ hazırlanmayıb.
İngiltərədə "Roman icmasının kralı" kimi tanınan Frank Thompson, milyon dollarlıq qızıl tabutla dəfn edilib.
İyul ayında 69 yaşında dünyasını dəyişən Thompson üçün ailəsi Roman adət-ənənələrinə uyğun möhtəşəm bir vida mərasimi təşkil edib. Döş qəfəsi infeksiyasından həyatını itirən Thompsonun cənazəsi, xüsusi olaraq hazırlanan saf qızıl tabutda, "Rolls-Royce" markalı avtomobilin içərisində altı gün ərzində İngiltərə ərazisində dolaşdırılıb.
Tabut Nottingem və Mançesterdəki məzarlıqlarla yanaşı, ailə üzvlərinin və dostlarının dəfn edildiyi ərazilərdə də "vida səfərinə" çıxarılmışdı. Ailə, Thompson üçün Cənubi Londonda yerləşən bir qəbiristanlıqda nəhəng mərmər məzar tikdirir. İnşası təxminən bir il davam edəcək bu məzarın, Thompsonun xatirəsini əbədiləşdirən bir abidəyə çevrilməsi nəzərdə tutulur.

Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz