ABŞ kinosunun ən böyük ulduzlarından və
kovboy filmləri janrının əfsanələrindən biri olan
Con Ueyn 1979-cu ildə, 72 yaşında mədə xərçəngindən vəfat etdi. Geridə əfsanəvi
kovboy filmləri qoydu. Ronald L. Devisin qələmə aldığı “Dük:
Con Ueynin Həyatı və İmajı” adlı yeni kitab, "Oskar" mükafatlı
aktyorun film çəkilişlərində tam bir zorba olduğunu üzə çıxarıb.
Setlərdəki Zorakılıq Halları
Kitaba əsasən, film setlərində qəzəb növbələri keçirən məşhur aktyor, 1953-cü ildə çəkilmiş “Hondo” filmində uşaq aktyora zorakılıq edib və onu danlayıb. “Hondo”dakı tərəf müqabili Ceraldin Peyc bildirib ki, “O, sərxoşluqdan ayılan səhərlər qışqırıq tutmalarına girərdi. Səsi tutulana qədər kiməsə bağırar, mübahisəni daha da gərginləşdirərdi”.
Kovboy filmləri ilə tanınan sənətçinin 1968-ci ildə çəkilmiş “Yaşıl Berelilər” müharibə dramındakı tərəf müqabili Corc Takey isə aktyorun işlədiyi hər filmdə heyətdən birilərinə qəddar davrandığını, insanları ağlatdığını açıqlayıb.
İrqçi Baxışlar və İddialar
Kitabda bu kino ulduzunun qaradərililəri və Amerika yerliləri olan Qızıldərililəri alçaltdığı da qeyd olunur. O, 1971-ci ildə “Playboy” jurnalına verdiyi müsahibədə deyib: “Mən qaradərililər məsuliyyətli olacaq qədər təhsil alana qədər ağ üstünlüyünə inanıram. Hesab edirəm ki, məsuliyyətsiz insanlara səlahiyyət, liderlik və mühakimə vəzifələri verilməməlidir”. Qızıldərililərə qarşı basqılardan narahat olmadığını deyən
Con Ueyn, “Bu böyük ölkəni onlardan əlimizdən almamızın tək səbəbi həyatda qalmaq uğrunda mübarizə idi. Yeni torpaqlara ehtiyacı olan çox sayda insan var idi, Qızıldərililər isə eqoistcəsinə davranaraq torpaqları vermirdilər” deyə bildirib.
24 saat
Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz