İdman 19.08.2025

Mauro İkardi ev işləri ilə məşğul oldu

Mauro İkardi ev işləri ilə məşğul oldu

Mauro İkardi-nin İstanbul həyatı: Təmir işləri və Boğaz səfaları

Argentinalı futbolçu Mauro İkardi-nin İstanbuldakı yeni həyatı, sevgilisi Çina Suaresin sosial media paylaşımı ilə diqqət mərkəzinə düşüb. Suaresin "Çözen adam bin kişiye bedeldir" (Problemi həll edən adam min nəfərə dəyər) başlığı ilə yayımladığı videoda, "Qalatasaray"-ın ulduzu evində pərdə asarkən, alətlərlə təmir işləri apararkən və bağda istirahət edərkən görünür.

Yeni ev, yeni qaydalar: İkardi ev işlərində

Uzun sürən zədəsindən sonra meydanlara qayıdan İkardi, İstanbuldakı yeni evində daha sakit və xüsusi bir həyat sürməyə başlayıb. Videoda futbolçunun gündəlik işlərə kömək etməsi ilə yanaşı, cütlüyün Boğazda Boğazda gəmi turlarına və skuterlə gəzintilərə çıxdığı anlar da yer alıb. "Qalatasaray" azarkeşləri Mauro İkardi-nin bir usta kimi daş motoru ilə ev təmiri etməsinə sosial mediada təriflər yağdırıb.

Xüsusilə Suaresin paylaşımları, İkardi-nin uzun müddətli zədə dövründə ona dəstək olduğunu vurğulaması ilə diqqət çəkib.

Vanda Nara tərəfindən reaksiya

Digər tərəfdən, bu paylaşımından qısa müddət sonra Vanda Nara, keçmiş əri İkardi haqqında sosial media üzərindən tənqidi fikirlər səsləndirib. Nara, futbolçunun uşaqlarının məktəb və səhiyyə xərclərini ödəmədiyini iddia edərək etirazını bildirib. Həmçinin, Suaresin qızının məktəb haqqını ödədiyini iddia edib.

Meydanlara dönüş və emosional mesaj

281 gündən sonra yaşıl meydanlara qayıdan İkardi, dönüşünü qolla bəzəyib. Argentinalı ulduz "Qaragümrük" matçı sonrasında həm sosial mediada, həm də müsahibəsində bu müddətdə ən böyük dəstəyi Suaresdən gördüyünü bildirərək təşəkkürünü ifadə edib. Cütlük, yeni evlərində həm şəxsi həyatlarında yeni bir səhifə açarkən, həm də İkardi-nin futbol karyerasında yenidən yüksəlişə keçməsi üçün mühüm bir motivasiya mənbəyi yaradır.

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz